Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Oktyabr

2018
11:59
2516
`Qarabağ` - `Arsenal` oyunu üçün ictimai dayanacaq təşkil olunacaq

“Qarabağ”ın UEFA Avropa Liqasının II turunda İngiltərənin “Arsenal” komandası ilə keçirəcəyi oyuna şəxsi avtomobilləri ilə gələnlər Bakı Olimpiya Stadionunun ictimai dayanacağından yararlana biləcəklər.

Arenanın mətbuat xidmətindən verilən məlumata görə, nəzərdə tutulan yerlər dolduqdan sonra digər avtomobillərin girişinə icazə verilməyəcək. Böyükşor bulvarı boyunca “Dayanma və Durma” nişanının təsiri olan ərazilərdə avtomobil saxlamaq qəti qadağandır.

Oyuna gələrkən şəxsiyyət vəsiqəsi tələb olunmur, yalnız bilet lazımdır. Biletləri iTicket.az saytından və kassalarından əldə etmək mümkündür. Onlayn alınan biletlər “iTicket”in kassalarında real biletə dəyişdiriləməlidir.

Stadiona kənar qida və suların keçirilməsi təhlükəsizlik məsələləri ilə bağlı qadağandır.

Stadionun qapıları oyun günü başlama vaxtından 3 saat öncə - 17:55-də açılacaq.

Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Arsenal” matçı saat 20:55-də start götürəcək.

Məqalədə : Olimpiya stadionu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
419

Sabahın hava proqnozu açıqlanıb

22

May
14:01
ÖLKƏ
1166

İlqar Məmmədov polisə çağırıldı

22

May
12:52
HÜQUQ,HADİSƏ
103
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 15:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru