Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Oktyabr

2018
08:52
Bu, ağır qəza törədən avtobus sürücüsünün ilk işi deyilmiş

Bu gün Binə qəsəbəsində baş verən ağır qəzanı törədən 160 nömrəli avtobusun sürücüsü Elxan Şirəliyev ilə bağlı bəzi detallar məlum olub.

Həmin sürücü bundan əvvəl də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədiyi üçün məhkumluq həyatı yaşayıb. Məlumatı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov təsdiqləyib. Bu gün baş verə qəzadan sonra tibbi müayinədən keçirilən sürücünün narkotik istifadəçisi olduğu üzə çıxıb.

Vaqif Əsədov onu da bildirib ki, həmin avtobusun məxsus olduğu "Ayşən" MMC-nin rəhbərliyinə BŞDYPİ tərəfindən dəfələrlə xəbərdarlıq olunub və nöqsanların aradan qaldırılması ilə bağlı tövsiyələr verilib. Lakin bu istiqamətdə heç bir dəyişiklik baş verməyib.

Şöbə rəisi hadisə nəticəsində 35 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığını, bir nəfər 13 yaşlı məktəblinin həyatını itirdiyini qeyd edib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Bakıda qatarla sərnişin avtobusunun toqquşması nəticəsində xəsarət alaraq 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilən 27 nəfərin adları məlum olub.

FaktXəbər-in məlumatına görə, hadisə nəticəsində xəsarət alanlar - 1979-cu il təvəllüdlü Əliyev Müdafiə Fazil oğlu, 1963-cü il təvəllüdlü Abbasəliyeva Qaratel Baxşəli qızı, 1968-ci il təvəllüdü Ağayeva Aybəniz Aslan qızı, 1995-ci il təvəllüdlü Mustafayeva Rəmzi Şəfayət qızı, 1999-cu il təvəllüdlü Qasımova Əsli Səfər qızı, 1999-cu il təvəllüdlü Səfərli Ülviyyə Fariz qızı, 1962-ci il təvəllüdlü Əliyev Şakir Pənah oğlu, 1992-ci il təvəllüdlü İsmayılova Şəhla Rasim qızı, 1984-cü il təvəllüdlü Əliyev Ruslan İmran oğlu, 1999-cu il təvəllüdlü Ağayeva Rubay Cəfər qızı, 1995-ci il təvəllüdlü Aşurova Şəhla Fərrux qızı, 1981-ci il təvəllüdlü Məmmədova Güladə Mirzəli qızı, Novruz Salmanov, 2000-ci il təvəllüdlü Hacızadə Ofelya Anar qızı, 1985-ci il təvəllüdlü İsmayılov Məhəmməd Vidadi oğlu, 1984-cü il təvəllüdlü Ağayev Camal Ağadaş oğlu, 1987-ci il təvəllüdlü Əzimov Məmməd Sabir oğlu, 1969-cu il təvəllüdlü Bayramov Tanrıverdi Əsəd oğlu, 1964-cü il təvəllüdlü Əsgərli Bəhruz Mirzə oğlu, 1986-cı il təvəllüdlü Şirəliyev Əlixan Əlibaba oğlu, 1986-cı il təvəlıüdlü Mehdiyev Aslan Loğman oğlu, 1995-ci il təvəlıüdlü Aşurova Əlvanə Fərrux qızı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan 3 nəfərin vəziyyəti ağır olduğundan əməliyyat olunublar.

Hadisə nəticəsində xəsarət alan 5 nəfər azyaşlı - 2013-cü il təvəllüdlü Mustafayeva Xədicə Fuad qızı, 2013-cü il təvəllüdlü Aşurova Günay Rizvan qızı, 2003-cü il təvəlıüdlü Razimova Sona Mahir qızı, 2010-cu il təvəllüdlü Əliyev Murad Müdafiə oğlu və 2008-ci il təvəllüdlü Əliyeva Fatimə Müdafiə qızı həmin xəstəxanaya yerləşdirilib.

Məqalədə : avtobus qatar qəza 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43614

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41940

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43587

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
43052

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48568

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
43055

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43475
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-09-2020 12:37





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru