Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Oktyabr

2018
15:09
2383
Qəzvin-Astara dəmiryolu xəttinin bir hissəsi hazırdır

Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmiryolu xəttinin Qəzvin-Rəşt hissəsi gələn ilin mart ayında istismara veriləcək. FaktXeber.com-un məlumatına görə, bu açıqlama ilə tikinti işlərini həyata keçirən “Railway Services and Technical Construction Engineering Company” şirkəti çıxış edib. Açıqlamada bildirilib ki, yol boyu bütün tunellər və körpülər tam hazırdır və relslər bərkidilib.

İran İslam Respublikası Dəmir Yolları İdarəsinin icraçı direktoru Səid Məhəmmədzadə isə şirkətin açıqlamasını təsdiqləyib. Sentyabrın 29-da Azərbaycandan səfərdən qayıdan S.Məhəmmədzadə yerli mətbuata bildirib ki, səfər zamanı Azərbaycan Dövlət Dəmir Yolları QSC-nin rəhbərliyi ilə görüşərək Astara şəhərində dəmir yolu terminalının tikintisini müzakirə edib. Onun sözlərinə görə inşaat işləri sürətlə davam edir. İcraçı direktor terminalın tikintisinin yaxın vaxtlarda baca çatacağını da qeyd edib.

Xatırladaq ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas komponentini təşkil edən Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu Fars körfəzi ilə Avropanı birləşdirəcək. Cənub-Şərqi Asiya ölkələrindən Avropaya ixrac edilən yüklər dəmir yolu vasitəsilə İran və Azərbaycan üzərindən keçməklə Avropaya çatdırılacaq. Yüklərin əks istiqamətdə daşınması da məhz bu yolla həyata keçiriləcək.

Məqalədə : İran Azərbaycan dəmiryuolu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Türk futbolçu "Bavariya"da

26

İyun
18:28
İDMAN
1421

"Piramida plaza"da yanğın - VİDEO

26

İyun
18:19
HÜQUQ,HADİSƏ
1932

Yol polisindən “plyonka xəbərdarlığı"

26

İyun
14:05
NƏQLİYYAT
2051

Azərbaycan nefti cüzi bahalaşıb

26

İyun
12:26
İQTİSADİYYAT
2158

Sabahın hava proqnozu açıqlanıb

26

İyun
12:22
ÖLKƏ
1828

Günün qarşılaşmaları TV AFİŞA

26

İyun
12:08
İDMAN
580

Fazil Məmmədovun səhhəti pisləşdi

26

İyun
10:44
ÖLKƏ
142

Neft kəskin bahalaşıb

26

İyun
09:53
İQTİSADİYYAT
1948

“Ata Holding” zərərlə işləməyə başlayıb

26

İyun
09:50
İQTİSADİYYAT
114

Jurnalist Fuad Abbasov Azərbaycana deportasiya olunub

25

İyun
22:44
HÜQUQ,HADİSƏ
132
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-06-2019 18:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru