Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Oktyabr

2018
10:31
`Azərişiq` Aran regionunda yeni yarimstansiyalar tikir

“Azərişıq” ASC-nin 6 rayonu əhatə edən Aran regional elektrik təchizatı və satış idarəsi tərəfindən hazırda bölgədə genişmiqyaslı tikinti və yenidənqurma işləri aparılmaqdadır. 

Bunu açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, Aran regionunun cəbhə bölgəsində yerləşən Ağdam rayonunun Sarıçoban, Ayaq Qərvənd, Təzəkənd və Çəmənli kəndlərində 0,4 kV-luq şəbəkələrin yenidənqurma işləri yekunlaşıb və hazırda sayğacların quraşdırılması işləri aparılır. Həmçinin rayonun Sarıcalı, Əhmədağalı və Çıraqlı kəndində yenidənqurma işlərinə başlanılıb:

“Əkin sahələri demək olar ki, mexaniki suvrama ilə suvarılan Ağdam rayonu Ergi ərazisində subartezian quyularının, nasosların dayanıqlı elektrik təchizatının təmin edilməsi məqsədi ilə hazırda 110/35/10 kV-luq yarımstansiya tikilir. İşlər yekunlaşdıqdan sonra Ağdam rayonu ərazisində əhalinin və perspektivdə nəzərdə tutulan əkin sahələrinin keyfiyyətli elektrik təchizatı təmin ediləcək. Aran regionunun cəbhə bölgəsində yerləşən digər rayonu Fizulinin isə Zobucuq-1, Zobucuq-2, Zobucuq-3 qəsəbələrində magistral kabel çəkilişi işləri başa çatdırılıb, hazırda həmin qəsəbələrdə SMART-kart tipli sayğacların quraşdırılması istiqamətində işləri aparılır”, - deyə o, qeyd edib. 

"Azərişıq" sözçüsü Ağcabədi Elektrik Şəbəkəsinin 35/10 kV-luq “Ağcabədi-2” yarımstansiyasının gərginlik sinifi dəyişdirilərək 110 kV-luq gərginlik sinifinə keçirildiyini də açıqlayıb.

“Perspektiv nəzərə alınmaqla yarımstansiyanın gücü artırılıb və yaxın günlərdə yarımstansiyada son tamamlanma işləri başa çatacaq. Rayonun Rəncbərlər kəndində istismar müddətini başa çatmış 0,4 kV-luq hava xətləri ÖİN (özünüdaşıyan izolyasiyalı naqillər) kabellərlə əvəz edilməsi işləri yekunlaşmışdır. Yenidənqurma işləri Ağcabədi rayon mərkəzində, o cümlədən Boyat kəndində başa çatmış, hazırda köhnə sayğaclar yenilər ilə əvəz olunur. İmişli Elektrik Şəbəkəsinin Sarxanlı və Kürdmahmudlu kəndlərində 0,4 kV-luq şəbəkələr yenidən qurulur. Beyləqan şəhər mərkəzini və şəhərə bitişik əraziləri elektrik enerjisi ilə təmin edən 110/35/10 kV-luq “Beyləqan-1” yarımstansiyası tikilərək yenidən qurulur, gücü artırılaraq müasir texnika ilə modernləşdirilir. Eyni zamanda Beyləqan rayonunun ən böyük kəndlərindən olan I Şahsevən kəndinin elektrik şəbəkəsinin yenidən qurulması prosesi davam etdirilir”- deyə T.Mustafayev əlavə edib.

Qeyd edək ki, hazırda Zərdab rayonunun Bəyimli kəndi ərazisində məskunlaşmış 120 qaçqın ailəsinin keyfiyyətli elektrik enerjisi təchizatı məqsədilə yenidənqurma işləri davam etdirilir, SMART-kart tipli sayğaclar quraşdırılır.(report.az)

Məqalədə : Azərişıq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53102

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51318

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
52773

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
52440

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
57862

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52111

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
52492
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-11-2020 09:02





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru