Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Sentyabr

2018
17:12
3763
Kərbəlada tökülən qan nurun partlayışı idi

Hacı İlham Əliyev

AİP-in sədr əvəzi


Öz ali kimliyi, qanı və şəhadəti ilə İslamı yenidən əhya edən, məzlumu və zalımı anladan İmam Hüseynin (ə) Aşurası yüz illərdir qəlblərə hakim kəsilib. Hər il dünya müsəlmanları Məhərrəm ayında, xüsusən də Aşura və Ərbəin günlərində anma mərasimi keçirir, Kərbəla şəhidlərini yad edirlər. Aşura hərəkatı haqla batilin üz-üzə gəlməsinin təcəllası, şücaət, dirəniş, şəhidlik məktəbi, vətənə sevgi, vətənpərvərlik ruhiyyəsi, haqq-ədalət rəmzidir. İmam Hüseynin (ə) şəhadətə yetişdiyi Aşura hadisəsini möhtəşəm edən, əsrlərdir diri saxlayan haqqın batilə, zülmə qarşı mübarizəsidir. Bəs həzrətin öz şəhadəti ilə mübarizədən qalib çıxmasının arxasında hansı güc, hansı keyfiyyət dayanır?

Tarix boyunca inkaredilməz reallıq budur ki, həmişə insanlar iki dəstəyə bölünüblər. Bir dəstə şəhvətə, şəxsi mənfəətə, nəfsani istəklərə uyaraq, batili himayə edərək onun tərəfində durublar. İkinci qrup insanlar isə böyük əxlaq, fəzilət, mərifət və elm daşıyıcıları olduğundan həmişə haqq və həqiqət tərəfdarı olub, onu  himayə edib, bu yolda bir çox məşəqqət və əzab-əziyyətlərlə üzləşiblər. 

Bu iki qrup insanlar (haqq tərəfdarları və batil tərəfdarları) tarix boyunca bütün cəmiyyətlərdə açıq və ya gizli surətdə bir-biri ilə mübarizə aparan, biri digərini məğlub etməyə çalışan, haqq və ya batili himayə edən insanlardır, amma haqq və batilin özü deyillər. Başqa sözlə, əgər döyüş meydanında haqq tərəfdarları məğlub olurlarsa, bu heç də həqiqi məğlubiyyət deyil. Yəni bu məğlubiyyət həqiqi deyil, mübarizənin nəticəsinin sadəcə, görünən tərəfidir. Çünki haqq bu döyüşlərin fövqündə olan ali bir varlıqdır, məfhumdur. Məhz bu səbəbdəndir ki, insaniyyət yolunun şəhidi Həzrət Hüseyn (ə) min dəfə də meydanda savaşaraq doğranıb öz qanına qəltan olsa belə, əsla məğlub deyil. Əksinə, həqiqi və əbədi qələbə onundur. Çünki amalı haqq olub. Haqq isə həmişə qalibdir. Haqdan, həqiqətdən kənarda olanlar isə həmişə məğlubdur. Həzrət Hüseyn (ə) qardaşına yazdığı məktubların birində haqq və batilin məzmununa belə işarə edir: "Bağışlayan və Mehriban Allahın adı ilə mənə qoşulan hər kəs şəhid olacaq, mənimlə gəlməyən isə heç bir zaman zəfər çalmayacaq!"

İmam Hüseynin (ə) "Neynəva" çölündə tökülən qanı qılınca qələbə çaldı. Çünki bu qan haqq və ədalət uğrunda tökülən qan idi. Haqq məğlubedilməz olduğu kimi, bu qanı da məğlub etmək, xatirələrdən, yaddaşlardan silmək mümkün olmayacaq. Zaman ötdükcə daha çox ürəkləri fəth edir və ətrafına insanlar, tərəfdarlar toplayır.

Məlumdur ki, insan fərd kimi doğulur, şəxsiyyət kimi formalaşır. Hər bir insanın şəxsiyyətinin düzgün formalaşmasında isə iki əsas amilin rolu var. Onlardan biri zatı paklıq, digəri isə təlim-tərbiyə və göz açdığı mühitdir. Cəmiyyətin önündə gedib ona insaniyyətin ən uca məqamına çatmasında rəhbərlik edən şəxslər də bu iki amilin təsirindən kənarda qalmayıblar. Bu amillər İmam Hüseynin (ə) şəxsiyyəində ən yüksək formada özünü göstərib.

1) İmam Hüseynin (ə) zatı və daxili paklığını dərk etməyimiz üçün o həzrətin ziyarətnaməsində olan kəlama diqqət etmək kifayətdir:

"Ey mövlam! Ey Əba Əbdillah! Şahidlik edirəm ki, sən əzəmətli kişilərin sülbündə və pak qadınların rəhmində bir nur idin. Heç bir zaman cahiliyyət dövrünün napaklıqları səni aludə etməmiş və sənə öz napaklıq libasını geyindirməmişdir".

İmam Hüseyn (ə) barəsində nəql olunmuş bu kimi ifadələri nəzərə aldıqda, onun zatı keyfiyyətlərinin nə dərəcədə ali olduğunun şahidi oluruq. Belə kəlamlara nəzər saldıqda məlum olur ki, həzrət yaranışın əvvəlinci günlərindən bir nur kimi əzəmətli kişilərin sülbündə hərəkət edərək bu varlıq aləminə qədəm qoyub. "Nur" kəlməsindən istifadə olunması da təsadüfi deyil. "Nur idi" - yəni varlığında iynə ucu qədər zülmətə yer yoxdur. Odur ki, əgər "İmam Hüseynin (ə) Kərbəlada tökülən qanı tarix boyunca hərəkət edib gələn nurun partlayışı idi" desək, yanlmarıq.

2) Həzrətin təlim-tərbiyə edildiyi və göz açdığı mühiti nəzərə aldıqda, sözün həqiqi mənasında bunun ideal bir mühit olduğuna şahidlik edirik: Baba peyğəmbərlərin sonuncusu Mühəmməd (s) ibn Əbdullah, ata peyğəmbərin (s) canişini Əli (ə) ibn Əbutalib, ana xanımlar xanımı Fatimə (s.ə), qardaş cənnət cavanlarının ağası İmam Həsən (ə).

Həzrət İmam Hüseynin (ə) şəxsiyyəti bu cür insanların əhatəsində formalaşıb. Haqq, ədalət, fəzilət və bütün gözəlliklər öz bütövlüyü ilə sözün əsl mənasında bu insanların nazənin vücudlarında cəmləşmişdir. İmam Hüseyn (ə) belə bir mühitdə dünyaya göz açaraq, bu insanlardan təlim almış, həyatın yollarını öyrənmişdir. Və çox gözəl başa düşərək dərk etmişdir ki, həyatın ən uca məqamına yalnız haqq və ədalətlə nail olmaq mümkündür. Bunsuz həyatda yaşamaq nəinki ölümə bərabərdir, bəlkə də şərafətli ölüm daha üstündür. Həzrət bu dörd müəllimindən şərafətli yaşamağın qayda-qanununu əxz etdikdə nəinki bunu öz həyatına tətbiq edirdi, bəlkə də insanlara da bu yolu göstərməyə çalışırdı.

Diqqəti həzrətin daha bir kəlamına çəkmək istəyirəm: "Məgər görmürsünüzmü ki, haqqa əməl olunmur və batildən çəkindirilmir?! (Belə olduğu halda) mömin insan öz Rəbbinin görüşünə tələsməkdə haqlıdır. Mən (bu zaman) ölümü xoşbəxtlik, zalımla yaşamağı isə yorğunçuluq hesab edirəm".

Doğrudan da əgər insanların həyatından haqqı alıb yerinə batili qoysanız, həyatdan və onun mənasından nə qalar?

Həqiqət budur ki, İmam Hüseyni (ə) tarix boyunca yaşadan və sevdirən, həzrətin vücudunda yuxarıda qeyd olunan iki amilin ən yüksək səviyyədə cəmləşməsidir.

Məqalədə : Məhərrəmlik 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
298

Günün qarşılaşmaları TV AFİŞA

20

Sentyabr
15:57
İDMAN
232

Bu il 150 milyondan çox sərnişin daşınıb

20

Sentyabr
15:56
NƏQLİYYAT
164

ABŞ kubalı diplomatları ölkədən qovur

20

Sentyabr
14:54
DÜNYA
153

Yol polisi ilə sürücü əlbəyaxa oldular - VİDEO

20

Sentyabr
14:15
HÜQUQ,HADİSƏ
383

"Huawei Mate 30"smartfonu nümayiş olunub - VİDEO

20

Sentyabr
12:39
MARAQLIDIR
296

Naxçıvanda KİVDF yaradıldı

20

Sentyabr
12:25
ÖLKƏ
235

Şəmkirdə ağır yol qəzası baş verib

20

Sentyabr
12:12
HÜQUQ,HADİSƏ
186
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2019 00:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru