- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Gələn il fəsillərin Azərbaycana daxil olması vaxtı açıqlanıb.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov açıqlamasında bildirib ki, 2019-cu ildə yaz fəsli ölkəyə martın 21-də Bakı vaxtı ilə saat 01.58-də daxil olacaq.
O qeyd edib ki, bu zaman gecə ilə gündüz bərabərləşir: “Həmin gün Günəş öz orbiti üzrə hərəkət edərək göy ekvatorunu kəsir. Yəni, cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir. Bu nöqtəyə də yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüzün uzunluğu bərabərləşir. Bu zaman da yaz fəsli daxil olur”.
Rəsədxana rəsmisi əlavə edib ki, yazın gəlişi martın 21-nə təsadüf etdiyindən Novruz bayramı martın 22-də qeyd olunacaq.
X.Mikayılov qeyd edib ki, yay fəsli iyunun 21-də 19.54-də ölkəyə daxil olacaq: “Buna həm də yay Günəş tutuluşu deyilir. Yəni Günəş üfüqdən ən hündürdə olur. Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən kiçik bucaq əmələ gətirir. Belə olan halda günəş şüaları yer səthinə, xüsusilə də şimal yarımkürəsinə yaxşı düşə bilir”.
“Payız fəsli sentyabrın 23-də saat 11.50-də qeydə alınacaq. Bu halda gecə-gündüz bərabərliyi baş verir. Buna adətən payız bərabərliyi də deyirlər. Bu halda Günəş öz orbiti üzrə hərəkət edərək böyük ekvatoru kəsir və şimal yarım kürəsindən cənub yarımkürəsinə keçir. Qış fəsli isə dekabrın 22-də saat 08.19-da ölkəyə qədəm qoyacaq. Bu zaman Günəş üfüqdən ən minimum nöqtədə olur. Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirir. Ona görə də bu fəsildə soyuqlar müşahidə olunur”- deyə o, əlavə edib.
- 21-02-2019 19:59 Prezident bu təqaüdləri 220 manatdan 300 manata qaldırdı
- 21-02-2019 15:58 Bayıl sürüşmə zonasında 98 ev söküləcək
- 21-02-2019 15:22 Azərbaycan dilinə daxil olmuş yeni sözlərin sayı müəyyənləşib
- 21-02-2019 15:15 Real TV respublika yayımçısı ola bilər
- 21-02-2019 14:45 "Nar" ölkə üçün əhəmiyyətli sosial layihələrini bu il də davam etdirəcək
- 21-02-2019 14:27 Gömrükçülər 28 kq-dan artıq heroin aşkar edib
- 21-02-2019 14:17 Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib
- 21-02-2019 12:57 Sabahın hava proqnozu açıqlanıb
- 21-02-2019 12:33 Nazirin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
- 21-02-2019 11:32 Fazil Məmmədov bizneslə məşğul olmağa başlayıb
- 21-02-2019 10:52 Azərbaycanda tikintiyə icazə verilməsi elektronlaşdırılıb
- 21-02-2019 10:31 Professor: "Dilin taleyi haqqında qeyri-peşəkarlar proqnoz verir"
- 20-02-2019 15:03 "Nar" 45-dən çox bölgəni 4G şəbəkəsi ilə təmin edib
- 20-02-2019 14:39 Vergilər Nazirliyi ticarətçilərə müraciət etdi
- 20-02-2019 14:19 Seysmoloji Mərkəz 8 bal zəlzələ xəbərlərinə münasibət bildirib
- 20-02-2019 12:51 Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
- 20-02-2019 11:41 Azərbaycan yanvarda 18 milyon dollarlıq dərman alıb
- 20-02-2019 11:05 Gələn ay bayramlarla əlaqədar 10 gün iş olmayacaq
- 20-02-2019 10:27 Azərbaycanda uşaqlara bu adların qoyulmasına icazə verilmədi
- 20-02-2019 10:04 DGK sədri Ağsuda vətəndaşları qəbul edəcək
- 20-02-2019 09:44 Azərbaycanda ÜDM istehsalı artıb
- 20-02-2019 09:27 Bu gün Azərbaycanda Kiçik çillə ÇIXIR
- 19-02-2019 16:20 Moskvada Azərbaycan və çeçen ağsaqqallarının görüşü keçirilib
- 19-02-2019 15:57 “Nar” sosial şəbəkələrdən abunəçilərinə operativ müştəri xidmətləri göstərir
- 19-02-2019 15:27 Sahil Babayevə yeni müavin təyin olunub