Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Sentyabr

2018
16:04
Azərbaycan özütuşlanan süzən aviasiya bombası istehsal edib

Azərbaycan eskperimental taktiki raket istehsalına başlayıb. “ETR-M” adlı raketin kalibri 203 mm-dir.

Müdafiə Sənayesi Nazirliyi mütəxəssislərinin hazırladığı raketin uçuş məsafəsi 10 000 m, kütləsi 250 kq, uzunluğu 2400 mm-dir. Raket bir neçə moduldan ibarətdir. Modulların hər birini ayrılıqda sökmək, dəyişmək mümkündür. Raketin buraxılması qurğusu da Azərbaycan istehsalıdır.

Bundan başqa, Müdafiə Sənayesi Nazirliyinin zavodlarından birində stasionar hədəfləri məhv etmək üçün 50 kq kalibrli özütuşlanan süzən aviasiya bombası istehsal olunub. “QFAB-50 İSAB” adlı bombanın uçuş məsafəsi 10 000 metrdir. Uzunluğu 1600 mm, diametri 230 mm, kütləsi isə 65 kq-dır.

Yeni istehsal olunan "QFAB-250 LG" adlanan bombanın isə çəkisi 250 kq-dır. Lazer nişangahlı qəlpəli-fuqaslı aviasiya bombasının uçuş məsafəsi 12 000 metrdir. Bomba düşdüyü yerdən 10 metr kənara qəlpə verir. Bombanın uzunluğu 3300 mm, diametri 240 mm-dir.

Müdafiə Sənayesi Nazirliyinin hazırladığı bomba sınaqdan sonra istifadəyə veriləcək. Sınaqların birinci mərhələsi artıq bitib.

Sınaqlar əsasən “Su-25” təyyarələrində aparılıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : ADEX 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 20:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com