Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Sentyabr

2018
15:24
Azərbaycanın yeni `Vashag` snayperi təqdim olundu - FOTO

Azərbaycanda ən müasir standartlara cavab verən "Vashag" snayper tüfəngi istehsal olunub. 

8,6x70 mm ölçülü snayperin çəkisi 6, 5 kiloqramdır.

Snayper tüfənginin vuruş məsafəsi və taktiki göstəricisi 1200 metr olsa da 1500 metrə qədər arta bilər. Fərdi şəkildə atış üçün nəzərdə tutulan silah dəqiq atış üçündür. Bununla 1500 metrlik məsafədən 30 smlik hədəfə dəqiq atəş aça bilir.

Silah ilk dəfə III “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisində nümayiş etdirilib.

Sərgidə eyni zamanda, daha bir yeni snayper tüfəngi nümayiş olunub. Belə ki, atış məsafəsi 1500 olub 11 kq ağırlığında yeni silah növüdür. Snayper tüfəngi xüsusi təyinatlılar üçün nəzərdə tutulub. Əvvəlki analoqlarla müqayisədə lüləsi qısaldılıb və çəkisi azaldılıb. Dəqiq atəşlə bir güllə ilə hədəfi vurmaq mümkündür. Hələlik bu snayper tüfənginə ad qoyulmayıb.

Yaxın vaxtlarda silahlar sınaqdan keçiriləndən sonra Azərbaycan Silahlı Qüvvələrində silahlanmaya daxil ediləcək.(Report) 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 19:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com