Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Sentyabr

2018
11:00
Ruhani Heylinin Əhvaz faciəsi barədə dediklərini tənqid etdi

İran İslam Respublikasının prezidenti Həsən Ruhani Əhvaz şəhərində hərbi parada baş verən terror aktı ilə bağlı ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heylinin sözlərini kəskin tənqid edib.

FaktXeber.com-un məlumatına görə, o, Vaşinqtona 11 sentyabr hadisələrini xatırladıb.

«ABŞ-ın rəsmi nümayəndəsi (BMT-də – red.) bu yaxınlarda  Əhvaz terroru barədə dəhşətli şeylər danışıb və İran hökumətini terrorda məsul bilib! Biz eyni şeyləri 11 sentyabr barədə desəydik, amerikalılar nə fikirləşərdi?», - deyə İİR prezidenti özünün Tvitter səhifəsində bəyan edib.

Qeyd edək ki, Heyli bundan əvvəl CNN telekanalına müsahibəsində ABŞ-ın Əhvaz terrorunda əli olması ilə bağlı Tehranın ittihamlarına cavab verərək, İranın dövlət başçısına öz ölkəsində baş verənlərə diqqət etməsinə çağırmışdı. 

Xatırladaq ki, şənbə günü Əhvaz şəhərində hərbi parad zamanı terror aktı baş vermişdi. Son məlumatlara görə, faciə qurbanlarının sayı 28-ə çatmış, daha 60 nəfər isə yaralanmışdı. 

İRNA agentliyinin məlumatına görə terrorda məsuliyyətt Səudiyyə Ərəbistanı ilə əlaqəsi olan «Əhvazda ərəb demokratik hərəkatı» öz üzərinə götürüb.

Lakin terrorun səhəri günü İŞİD terror təşkilatının İnformasiya Agentliyi olan «Amaq» terrorçuların hücumdan əvvəl çəkilən videosunu paylaşmışdı. Bununla belə, terror təşkilatı avtomobildəki şəxslərin öz üzvləri olduğunu tə təsdiq, nə də təkzib etməmişdi.

İranda baş verən faciə ilə bağlı danışan Ali lideri Ayətullah Seyid Əli Xamenei bildirib ki, törədilən terror aktının arxasında ABŞ-la əl-ələ verən dövlətlər durub və onlar bununla bölgədə hədəflərinə çatmaq istəyirlər:  "Əhvazdakı dəyərli vətəndaşlarımızın şəhid olduğu və muzdlu terrorçular tərəfindən törədilən amansız və kədərli faciə İran xalqnın düşmənlərinin pis niyyətini bir daha nümayiş etdirdi. Bu cinayətlər bizim sevimli ölkəmizdə təhlükəli vəziyyətin yaradılması məqsədi güdən ABŞ-ın regiondakı əlaltılarının sui-qəsdidir".

İran İslam Respulikasının XİN rəhbəri Məhəmməd Cavad Zərif isə terrorda məsuliyyəti terrorizmin regional sponsorlarının və onların amerikalı instruktorlarının  üzərində olduğunu bildirmişdi.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İran terror 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2018 13:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com