Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Sentyabr

2018
13:29
3675
İl-20-nin vurulmasına görə Rusiyadan İsrailə cavab gecikmədi

Rusiyanın müdafiə naziri Serqey Şoyqu  bəyan edib ki, Rusiya  Suriya ordusuna  S-300 ZRK verəcək. FaktXeber.com-un RİA Novosti-yə istinadla verdiyi məlumata görə, o, bunun iki həftə ərzində baş verəcəyini deyib.

«Suriya Silahlı Qüvvələrinə iki həftə ərzində S-300 müasir Zenit Raket Kompleksi veriləcək. O, hava hücumu vasitəsini 250 km-dən uzaq məsafədə tuta və eyni anda  bir neçə hava hədəfini məhv edə bilir», - deyə Şoyqu bəyan edib.

Qeyd edək ki, bundan əvvəl Kommersant  qəzeti İsrailin təqsirinə görə vurulan İl-20-yə cavab olaraq Rusiyanın  Suriyaya  S-300 RƏM sistemlərini göndərəcəyini yazmışdı.

Ötən həftə Rusiya Federasiyasının hərbi qurumu RF HKQ-nin İl-20 təyyarəsinin İsrailin fəaliyyəti nəticəsində Suriya sahillərində vurulmasının 3D görüntüsünü paylaşıb. FaktXeber.com-un məlumatına görə, RF Müdafiə Nazirliyinin xüsusi brifinq zamanı Moskva faciədə bütün təqsirin İsraildə olduğunu bildirib.

Xatırladaq ki, faciə zamanı göyərtədə olan 15 nəfərin hamısı həlak olub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Solaxaylıq nə vaxtdan başlayır?

26

May
11:46
AİLƏ, SAĞLAMLIQ
69

42 yaşlı Nardaran sakini itkin düşdü

26

May
11:15
HÜQUQ,HADİSƏ
62

Azərbaycan nefti cüzi bahalaşıb

25

May
12:02
İQTİSADİYYAT
627

Bakıda Qədr gecəsi - FOTO

25

May
11:11
RAMAZAN AYI
1703
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-05-2019 14:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru