Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Sentyabr

2018
09:06
2463
Meksikanın Xarici İşlər Nazirliyi Maduroya hücum ittihamlarını rədd etdi

Meksika Xarici İşlər Nazirliyi bildirib ki, avqustun əvvəlində Venesuela prezidenti Nikolas Maduroya qarşı sui-qəsd cəhdi ilə bağlı iddiaları Meksika hökuməti rədd edir.

FaktXəbər bildirir ki, açıqlamada, "Xarici İşlər Nazirliyi vasitəsilə Meksika hökuməti prezident Nikolas Maduroya qarşı edilmiş sui-qəsd cəhdində Karakasdakı diplomatik əməkdaşlarımızın iştirakına dair əsassız ittihamları qəti olaraq rədd edir", - deyə qeyd olunur.

Xatırladaq ki, avqustun 5-də Karakasda Venesuela Milli Qvardiyasının qurulmasının ildönümü münasibətilə keçirilən parad zamanı Maduroya sui-qəsd cəhdi olmuşdu.

Venesuelanın təhlükəsizlik orqanları isə ölkə prezidentinə sui-qəsd cəhdi ilə əlaqədar bir neçə nəfəri saxladıqlarını açıqlayıb.

Rabitə və informasiya naziri Xorxe Rodriqesin sözlərinə görə, prezident Nikolas Maduroya qarşı sui-qəsd cəhdi ilə bağlı 3 şübhəli saxlanılıb. Nazir bildirib ki, Venesuelada “Pastor” və “Latino” ləqəbli daha iki nəfərin axtarışları davam etdirilir.

Ölkənin təhlükəsizlik orqanlarının əməkdaşları prezidentə qarşı hücumda iştirak etmiş Henribert Rivası, Anxela Lisbet Espositanı və istefada olan “Korokoro” ləqəbli polkovniki saxlayıblar. 

Məqalədə : Maduro 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Robert Köçəryan yenidən həbs olundu

25

İyun
16:13
DÜNYA
3465

FHN-dən sürücülərə müraciət - VİDEO

25

İyun
15:17
NƏQLİYYAT
1652

Şagird yerdəyişməsi elektronlaşdırılır

25

İyun
15:07
ELM / TƏHSİL
2819

Ukrayna heyəti AŞPA-nı tərk edib

25

İyun
14:54
DÜNYA
1106
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-06-2019 07:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru