Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Sentyabr

2018
08:30
İranda terror törədənlərin VİDEOSU yayıldı

İŞİD terror təşkilatının informasiya agentliyi olan «Amaq» İranın Əhvaz şəhərində terror törədən terrorçulardan 3-ü ilə bağlı video yayımlayıb.

FaktXeber.com-un 10TV-yə istinadla paylaşdığı videoda İran hərbçilərinin geyimində olan terrorçulardan 2-sinin ərəbcə, birinin isə fars dilində danışdığı görünür. 

Qeyd edək ki, Dövlət Televiziyası terrorçuların 4 nəfər olduğu və onların hamısının məhv edildiyi barədə xəbər vermişdi.

Xatırladaq ki, İranın cənubunda yerləşən Əhvaz şəhərində hərbi parad zaman törədilən terror nəticəsində azı 28 nəfər şəhid olub, 50-dən çox insan isə yaralanıb. Qurbanlar arasında hərbçilərlə yanaşı dinc sakinlər də olub.

İranda baş verən faciə ilə bağlı danışan Ali lideri Ayətullah Seyid Əli Xamenei bildirib ki, törədilən terror aktının arxasında ABŞ-la əl-ələ verən dövlətlər durub və onlar bununla bölgədə hədəflərinə çatmaq istəyirlər:  "Əhvazdakı dəyərli vətəndaşlarımızın şəhid olduğu və muzdlu terrorçular tərəfindən törədilən amansız və kədərli faciə İran xalqnın düşmənlərinin pis niyyətini bir daha nümayiş etdirdi. Bu cinayətlər bizim sevimli ölkəmizdə təhlükəli vəziyyətin yaradılması məqsədi güdən ABŞ-ın regiondakı əlaltılarının sui-qəsdidir".

Bundan başqa Hollandiya və Danimarka səfirləri, həmçinin İngiltərənin Tehran səfirliyi vəkili İranın Əhvaz şəhərindəki terror hücumunu həyata keçirən təşkilat üzvlərinə ölkələrində icazə veridiyi üçün İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İran terror 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2018 17:31



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com