Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Sentyabr

2018
16:07
Tripolidəki toqquşmaların nəticəsi: 115 ölü, 383 yaralı, 17 itkin

Liviyanın paytaxtı Tripolidə avqustun sonunda baş verən, tərəflər arasında əldə edilən atəşkəsdən sonra yenidən alovlanan toqquşmalarda 9 nəfərin öldüyü, ölü sayının 115-ə, yaralı sayının isə 383-ə yüksəldiyi bildirilir.

FaktXəbər-in məlumatına görə, Liviya Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada, dünən gecə paytaxt Tripolidəki toqquşmalarda ölən 9 nəfərinin ikisinin mülki vətəndaş olduğu bildirilir.

Səhiyyə Nazirliyi 17 nəfərin itkin düşdüyünü açıqlayıb.

Qeyd olunur ki, gecə ərzində Tripolinin cənubu və hava limanı ətrafında davam edən qarşıdurmalardan sonra paytaxtda bazar günü sakitçilik hökm sürür.

Liviyanın paytaxtı Tripoli 26 avqustdan etibarən 10 gün müddətinə Milli Razılıq Hökumətinə bağlı briqadalar arasında ağır silahların da istifadə olunduğu qarşıdurmalara səhnə olub.

Tərəflər arasında 4 sentyabr tarixində Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə atəşkəs təmin olunmuşdu.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Liviya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2018 18:16



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com