Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Sentyabr

2018
15:11
2715
UEFA Çempionlar Liqasında ötən həftənin `ən yaxşı qolu`nu və `ən yaxşı futbolçu`nu seçib - VİDEO

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin birinci turunun ən yaxşı qolu seçilib.

FaktXəbər UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, İtaliyanın “İnter” klubunun hücumçusu Mauro İkardinin doğma meydanda “Tottenhem” komandasının qapısına vurduğu top azarkeşlər arasında keçirilən sorğunun nəticəsində həftənin ən yaxşı qolu seçilib. Argentinalı futbolçunun matçın 86-ci dəqiqəsində vurduğu qol sorğu iştirakçılarının 42 faizinin səsini toplayıb.

İspaniyanın “Barselona” klubunun hücumçusu Osman Dembelenin “PSV” ilə matçın 75-ci dəqiqəsində vurduğu qol 27 faiz səslə ikinci olub.

Üçüncü yerdə isə “Real Madrid”in gənc hücumçusu Mariano Diazın “Roma”ya vurduğu qol olub. Bu qol 18 faiz səs toplayıb.

Həmçinin UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb.

Azarkeşlər arasında keçirilən səsverməyə əsasən, “Barselona”nın hücumçusu Lionel Messi ən yaxşı oyunçu seçilib. Argentinalı futbolçu “Liverpul” klubunun yarımmüdafiəçisi Ceyms Milneri, “Lion”nun hücumçusu Nabil Ferkiri və “Mançester Yunayted” komandasının yarımmüdafiəçisi Pol Pogbanı qabaqlayıb.

Qeyd edək ki, “Barselona”nın Hollandiyanın “PSV” klubuna 4:0 hesabı ilə qalib gəldiyi görüşdə Messi üç qol vurub.

Məqalədə : Mauro İkardi Messi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya gəmisi səhvən SOS siqnalı verib

22

Oktyabr
15:54
DÜNYA
54

Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası

22

Oktyabr
15:12
AİLƏ, SAĞLAMLIQ
335

İran səfirinin qızı Moskvada ölüb

22

Oktyabr
14:48
DÜNYA
153

Azərbaycanda yeni medal təsis edilib

22

Oktyabr
14:31
ÖLKƏ
66

Portağalın qiyməti bizdə niyə BAHADIR?

22

Oktyabr
14:01
İQTİSADİYYAT
138

MSK-ya yeni üzv təyin edilib

22

Oktyabr
12:53
ÖLKƏ
56
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2019 06:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru