Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Sentyabr

2018
14:28
İranda hərbi paradda ölənlərin sayı 28-ə çatıb - FOTO - VİDEO

İranın cənubunda yerləşən Əhvaz şəhərində hərbi parad zaman törədilən terror nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb. FaktXəbər bildirir ki, bu barədə "PRESS TV" məlumat yayıb. 

Hadisə zamanı yaralıların sayı da 50-dən çoxdur. 

***

12:12 - İranda hərbi paradda terror aktını "Əl-Əhvazi" qruplaşması törədib. FaktXəbər bildirir ki, bunu İran ordusunun sözçüsü Həsən Şahvar deyib. 

O, əlavə edib ki, terror qruplaşması Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirilir.

Hazırda Əhvaz şəhərində təhlükəsizlik tam bərpa edilib. İnsanlar təhlükəsizlik qüvvələrinin müşayəti ilə evlərinə qayıdıb.

Qeyd edək ki, İran təhlükəsizlik qüvvələri bölgədə terrorçulara qarşı əməliyyatlara başlayıb. Artıq iki terrorçu öldürülüb, ikisi isə həbs olunub.

Terrorçulara məxsus silah-sursat da müsadirə edilib.

Son məlumata görə, Xuzistan əyalətinin Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror nəticəsində ölən hərbçilərin sayı 10-a çatıb, 21 nəfər yaralanıb, 2 terrorçu zərərsizləşdirilib.

***

10:15 - İranda hərbi mərasimdə terror aktı baş verib. FaktXəbər "PRESS TV"yə istinadən bildirir ki, hadisə Əhvaz şəhərində qeydə alınıb. 

Terror aktı zamanı 8 hərbçi dünyasını dəyişib, 20 nəfər isə yaralanıb. 

"Fars News" xəbər verir ki, paradın başlanmasından 30 dəqiqə sonra iki nəfər silahlı şəxs paradı izləyənlərə atəş açıb.

Terorçular açılan cavab atəşi nəticəsində yerindəcə zərərsizləşdirilib.

Yaralıların sayı barədə hələlik rəsmi rəqəm açıqlanmır. 

Qeyd edək ki, sentyabrın 22-də “Müqəddəs müdafiə” həftəsinin birinci günü başlayıb. Bu münasibətlə İranın İnqilab Keşikçiləri Korpusu və ordu qüvvələri Tehran da daxil olmaqla, ölkənin bütün şəhərlərində hərbi parad keçirir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İran terror 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-12-2018 23:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com