Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Sentyabr

2018
16:53
3866
Səhiyyə Nazirliyi Aşura günü yığılan qan tədarükü haqda AÇIQLAMA VERİB

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə «Aşura günü" qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilir.

Aksiyalar Bakı şəhəri üzrə: Binəqədi rayonu “İmam Əli məscidi”, Xəzər rayonu 14 saylı Birləşmiş Şəhər xəstəxanası və “Mir Mövsüm ağa Ziyarətgahı”, Nəsimi rayonu “Əjdər bəy məscidi ” (mərasim zalı) və 20 saylı şəhər poliklinikası, Nizami rayonu “Şah Abbas məscidi” , Sabunçu rayonu “Rəhimə xanım ziyarətgahı”, Səbail rayonu “Bibiheybət məscid ziyarətgahı ”və “İçəri şəhər Cümə məscidi”, Suraxanı rayonu “Qaracuxur məscidi”, Yasamal rayonua “Təzə pir məscidi” və “Hacı Soltanəli məscidi ”.

Bölgələrdə: Gəncə şəhəri “İmamzadə kompleksi” , Lənkəran şəhəri “Böyük bazar məscidi”, Mingəçevir şəhəri “Heydər məscidi” , Sumqayıt şəhər “Cümə məscidi”, Şəki şəhəri “İmam Əli məscidi”, Mərkəzi Qan bankının Şırvan bölməsi, Ağcabədi Mərkəzi rayon xəstəxanası, Beyləqan Mərkəzi rayon xəstəxanası, Bərdə rayonu “Bərdə İmamzadəsi”, Biləsuvar rayonu “Cümə məscidi”(mərasim zalı), Cəlilabad Mərkəzi rayon Xəstəxanası, Xaçmaz şəhər Məscidi, Ağsu rayon Mərkəzi Xəstəxanası, Qan bankının Quba bölgəsi, Masallı şəhər Cümə məscidi.

Aksiyalar səhər 9:00-dan başlanıb.

Faktxeber.com Səhiyyə Nazirliyinin istinadən məlumat verir ki,  saat 16:00 olan  məlumata əsasən 5 min 340 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 2403 litr qan tədarük olunub.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Faktxeber.com olaraq aksiyada iştirak edən bütün insanlara təşəkkürümüzü bildiririk!

Könüllü qanvermə aksiyaları axşam saatlarına kimi eləcə də Məhərrəmlik ayı boyunca davam edəcək.

Məqalədə : Aşura qan tədarükü 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Qədr gecəsində nə etməli?

24

May
12:44
RAMAZAN AYI
883

Nazirlik parklara müdir axtarır

24

May
10:40
ÖLKƏ
56
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 12:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru