Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Sentyabr

2018
09:24
`Nar`-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

Həmişə rəqəmsal kanallarda müsabiqələri və yarışları ilə fərqlənən “Nar”-ın 15 sentyabr – Bilik günü münasibətilə keçirdiyi müsabiqə abunəçilər və sosial şəbəkə istifadəçilərinin rəğbəti ilə qarşılanıb.

Şirkətin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, 15 – 17 sentyabr tarixləri arasında keçirilmiş müsabiqədə iştirak edənlər suallara cavab verməklə həm məktəb illərini xatırlayıb, həm də internet bonusları və hədiyyələr qazanıb.  

https://www.nar.az/mekteb-illeri.html səhifəsində keçirilmiş müsabiqədə dörd min beş yüzdən çox insan iştirak edib. İştirakçıların hamısı Nar tərəfindən internet bonusları ilə mükafatlandırılıb. Maksimum nəticə göstərən ilk 20 nəfərə isə mobil operator tərəfindən əlavə olaraq hədiyyələr verilib. Yarışda orta iştirak müddəti 6 dəqiqə 43 saniyə olub.

“Nar” kampaniyaları, məhsul, xidmət və tarifləri haqqında məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Nar 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2018 07:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com