Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Sentyabr

2018
09:22
2771
Azərbaycanda müasir asfalt örtüyünün istehsalı üçün bitum buraxılacaq

Cari ilin sonunda ölkənin gündən–günə genişlənən avtomobil-yol infrastrukturuna tələb olunan müasir asfalt örtüyünün istehsalı üçün beynəlxalq standartlara cavab verən bitumun buraxılmasına başlamağı planlaşdırılır. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayevin "Xalq qəzeti" nəşrində dərc olunan məqaləsində deyilir.

"Yeni istehsal sahələrimizdə əlavə dəyər yaradan son istehlak məhsullarının ilkin xammal bazasını hasil etdiyimiz neft-qaz həcmləri, habelə propan-propilen, butan-butilen fraksiyaları, quru qaz və s. kimi ənənəvi neft emalı və kimyası məhsulları təşkil edir. Həmin məhsulların istehsalında dinamikanın artırılması, ən əsası isə yerli dizel yanacağı və avtomobil benzinlərinin keyfiyyətinin “Avro-5” standartına çatdırılması, yeni bitum istehsalatının yaradılması, reaktiv mühərrik yanacağının istehsal miqdarının və keyfiyyətinin artırılması, habelə istismar xərclərinin azaldılması və gəlirliyin artırılması məqsədilə Heydər Əliyev adına Neft Emalı Zavodunda və “Azərikimya” İB-də həyata keçirilən genişmiqyaslı yenidənqurma və modernizasiya işləri uğurla davam etdirilir. Bu işlər çərçivəsində neftin ilkin emal qurğusunun və Katalitik Krekinq qurğusunun yenidən qurulması və emal güclərinin artırılması, bir sıra yeni qurğuların da inşa edilməsi nəzərdə tutulur. Eyni zamanda ümumzavod təsərrüfatının yenilənməsi üzrə işlər həyata keçiriləcək. Nəticədə Heydər Əliyev adına NEZ-in istehsal gücü ildə 6 milyon tondan 7,5 milyon tonadək, istismar müddəti isə 2040-cı ilədək artırılacaq. Mərhələli olaraq həyata keçirilən bu işlərin 2018-2021- ci illərdə tamamlanması gözlənilir. Cari ilin sonunda ölkənin gündən–günə genişlənən avtomobil-yol infrastrukturuna tələb olunan müasir asfalt örtüyünün istehsalı üçün beynəlxalq standartlara cavab verən bitumun buraxılmasına başlamağı planlaşdırırıq. Yenidənqurma layihəsinə Amerikanın “UOP”, ”Fluor”, “KBR”, Fransanın “Axens”, İtaliyanın “Wood” (keçmiş ”Foster Wheeler”) və “Technimont”, Avstriyanın “EDL-Poerner” kimi nüfuzlu şirkətləri cəlb olunub". 

Məqalədə : Socar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
632

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1173
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2019 02:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru