Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Sentyabr

2018
15:27
Yəmən xalqı aclıqdan ağac yarpağı yeyir-VİDEO

Yəmən xalqı Səudiyyə Ərəbistanının  mühasirəsinə görə, aclıqdan ağac yarpağı yeyir. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Euronews reportaj hazırlayıb.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaqlara Yardım Fondu (YUNİSEF) bu ilin əvvəlindən etibarən kifayət qədər qidalana bilməyən 130 min uşağın müalicə edildiyini bildirib.

FaktXəbər-in məlumatına görə, YUNİSEF-in Yəmən ofisi tərəfindən rəsmi tvitter səhifəsindən qeyd olunub ki, Yəməndə təxminən 1 milyon 800 min uşaq kifayət qədər qidalana bilmir. Həmçinin vurğulanır ki, qidalanmadan əziyyət çəkənlərdən 400 min uşaq 5 yaşdan aşağıdır.

YUNİSEF-in hesabatında bildirilir ki, 21 milyon əhalisi olan Yəmənin 80%-i aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır.

Qeyd edək ki, Yəməndə 2014-cü ildən başlayan vətəndaş müharibəsi və ardından 2015-ci ilin martında Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin əməliyyatları bu günə qədər davam edir. Səudiyyənin bombardmanları və Yəmənə tətbiq edilən blokada ölkənin səhiyyə sisteminin də dağılmasına səbəb olub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Yəmən 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 23:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com