Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Sentyabr

2018
10:12
ABŞ prezidenti Avropa Birliyini ələ saldı

ABŞ prezidenti Donald Tramp polşalı həmkarı Anjey Duda ilə Ağ Evdə keçirdiyi görüşdən sonra birgə mətbuat konfransında iştirak edib. FaktXəbər "Anadolu" agentliyinə istinadən bildirir ki, Tramp mətbuat konfransında Avropa Birliyini qəzəbləndirəcək açıqlamalar verib.

Ağ Ev rəhbəri qeyd edib ki, Avropa Birliyi Çin kimi ABŞ-dan sui-istifadə edir: "Bu bir prosesdir. Bir az vaxt aparır. Avropa Birliyi bizimlə danışmırdı. Prezident Obama ilə də danışmırdılar. Yunker (Avropa Birliyinin prezidenti) yenidən müzakirələri istəmirdi. 3 dəfə təklifdən sonra belə razılaşmırdı. Mən də dedim ki, artıq müzakirə etmək məcburiyyətində deyilik. Sizin ABŞ-a göndərdiyiniz milyonlarla maşına vergi qoyacağıq. Bundan sonra Yunker Avropadan yanıma o qədər sürətlə gəldi ki, onların belə sürətli təyyarələri olduğunu bilmirdim".
 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Tramp 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2018 13:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com