Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Sentyabr

2018
09:08
Putin: `Cavaba gəlincə, bu elə addımlar olacaq ki, hamı görəcək`

Rusiya prezidenti Vladimir Putin  Macarıstanın baş naziri Viktor Orbanla mətbuat konfransında Rusiyanın Suriyada vurulan İl-20 təyyarəsi ilə bağlı şərh verib.

«İnsanlar həlak olanda, xüsusən  belə faciəvi şəraitdə, bu həmişə bədbəxtlikdir. Bədbəxtlik bizim hamımıza, ölkəmizə və həlak olmuş yoldaşlarımızın əzizlərinə aiddir», - deyə Rusiya lideri bildirib və qurbanların yaxınlarına başsağlığı verib.

O, həmçinin vurğulayıb ki, Moskvanın  bu hadisəyə münasibəti onunla tam razılaşdırılmış halda Rusiya Müdafiə Nazirliyinin bəyanatında verilib. 

«Cavab fəaliyyətinə gəlincə isə, bu, ilk növbədə  bizim hərbçilərimizin, Suriya Ərəb Respublikasındakı obyektlərimizin təhlükəsizliyinə yönələcək. Və bu elə addımlar olacaq ki, bunu hamı görəcək», - deyə Putin əlavə edib.

Xatırladaq ki, RF Müdafiə Nazirliyinin bəyanatında "İsrail hərbçilərinin məsuliyyətsiz hərəkətləri nəticəsində 15 rus hərbçisi həlak olub. Bu, Rusiya-İsrail tərəfdaşlığının ruhuna tam cavab vermir. Biz adekvat cavab hərəkətləri hüququnu özümüzdə saxlayırıq",-deyə  deyilir.

Məqalədə : İl-20 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb

27

May
16:40
BÖLMƏNİ DÜZ SEÇ!
238

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
331

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
311
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 10:22





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru