Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Sentyabr

2018
07:37
UEFA Çempionlar Liqasının dünənki oyunlarının nəticələri

Sentyabrın 18-də futbol üzrə UEFA Çempionlar Liqasının birinci turunun növbəti oyunları keçirilib.

Turun maraqla gözlənilən oyunlarından biri C qrupunda oynanılıb. İngiltərənin "Enfild" stadionunda keçirilən qarşılaşmada meydan sahibi, son UEFA Çempionlar Liqasının finalçısı "Liverpul" Fransanın PSG klubunu qəbul edib. İlk dəqiqələrdən hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab oyunun sonlarına yaxın açılıb. Qarşılaşmanın 36-cı dəqiqəsində Andrev Robertsonun cinah ötürməsini cərimə meydançasında tək qalan Daniel Stariç dəqiq baş zərbəsi ilə tamamlayıb - 1:0. Qoldan altı dəqiqə sonra cərimə meydançasının daxilində Jorjinyo Vijnalduma qarşı qayda pozuntusu olub. Oyunun baş hakimi türkiyəli Cüneyd Çakır fransızların qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Topa yaxınlaşan Ceyms Milner sağ küncə dəqiq zərbə endirərək qapıçıya şans verməyib - 2:0. Qoldan sonra irəli atılan PSG matçın 40-cı dəqiqəsində hesab arasındaki fərqi azaldıb. Tomas Munye adını tabloya yazdırıb - 2:1.

Fasilədən sonra fransızlar hesabı bərabərləşdirməyə nail olublar. Kilyan Mbape hesaba tarazlıq gətirib - 2:2. Roberto Firmino sonuncu dəqiqələrdə dəqiq baş zərbəsi ilə “Liverpul”a qələbə qazandırıb - 3:2.

Bu qrupun digər qarşılaşmasında "Srevena Zvezda" doğma meydan "Napoli" klubunu qəbul edib. Görüş qolsuz heç-heçə ilə başa çatıb.

A qrupunda yer alan son UEFA Avropa Liqasının qalibi "Atletiko Madrid" səfərdə Fransanın "Monako" klubunun qonağı olub. Oyunda hesabı meydan sahibləri 18-ci dəqiqədə açıblar. Samuel Gradsir fərqlənib. Buna baxmayaraq, Madrid təmsilçisi iki top vuraraq fasiləyə üstün yollanıblar. Dieqo Simyonenin yetirmələrinin heyətində Dieqo Kosta və Xose Gimenes fərqləniblər. İkinci hissədə qol olmayıb.

A qrupunun ikinci oyununda "Borussiya Dortmund" klubu isə səfərdə "Brügge" komandasının qonağı olub. Görüş qonaqların 1:0 qələbəsi ilə başa çatıb.

D qrupunda yer alan Türkiyənin bu turnirdə yeganə təmsilçisi "Qalatasaray" Rusiyanın "Lokomotiv" klubunu qəbul edib. Qarşılaşma türkiyəlilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun 9-cu dəqiqəsində Qari Rodriqez, 67-ci dəqiqədə Eren Dərdiyok, 89-cu dəqiqədə Səlcuk İnan fərqləniblər.

Qrupun digər oyunu Almaniyada baş tutub. "Şalke" və "Portu" klubları üz-üzə gəliblər. Bu oyunda qalib müəyyənləşməyib - 1:1.

Digər görüş isə B qrupunda baş tutub. İtaliyada "San-Siro" stadionunda keçirilən qarşılaşmada meydan sahibi "İnter" İngiltərənin "Tottenhem" klubunu qəbul edib. İlk dəqiqələrdən hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişməyib.

Qonaqlar matçın 53-cü dəqiqəsində hesabı açıb. Kristian Eriksen adını tabloya yazdırıb. Qoldan sonra hücuma keçən meydan sahibləri matçın 86-cı dəqiqəsində hesaba tarazlıq gətirib. Kvadro Asamoanın ötürməsini Mauro İkardi dəyərləndirib. Oyunun əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə isə Matias Veçino “İnter”ə qələbə qazandırıb - 2:1.

B qrupunun digər oyunu "Nou Kamp"da baş tutub. Hollandiyanın PSV klubu İspaniyanın "Barselona" komandasının qonağı olub. İlk hissədə aşkar üstünlüyə sahib olan kataloniyalılar rəqib qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Oyunda hesab 32-ci dəqiqədə açılıb. Lionel Messi hakimin təyin etdiyi cərimə zərbəsini dəqiq yerinə yetirib. Bu, Messinin karyerasında UEFA Çempionlar Liqasında vurduğu 101-ci qol olub. "Barselona" klubu fasiləyə 1:0 hesabı ilə üstünlüklə yollanıb.

Fasilədən sonra yenidən oyuna nəzarət edən Ernesto Valverdenin yetirmələri 75-ci dəqiqədə hesabı artırıb. Osman Dembele uzaq məsafədən vurduğu zərbə ilə baxımlı qola imza atıb. Qoldan iki dəqiqə sonra "Barselona" klubu hesab arasındaki fərqi üç topa çatdırıb. Komandanın kapitanı Lionel Messi dublunu rəsmiləşdirib. Matçın 79-cu dəqiqəsində Kataloniya təmsilçinin müdafiəçisi Samuel Umtiti qayda pozuntusuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Daha sonra Lionel Messi qapıçı ilə təkbətək qalaraq komandasının dördüncü, özünün isə üçüncü qolunu vurub. Görüş 4:0 hesabı ilə "Barselona"nın qələbəsi ilə başa çatıb.

A qrupu

23:00. "Monako" (Fransa) - "Atletiko" (Madrid, İspaniya) - 1 - 2

23:00. "Brügge" (Belçika) - "Borussiya" (Dortmund, Almaniya) - 0 - 1

B qrupu

20:55. "İnter" (İtaliya) - "Tottenhem" (İngiltərə) - 2 -1

20:55. "Barselona" (İspaniya) - PSV (Eyndhoven, Hollandiya) - 4 - 0

C qrupu

23:00. "Srvena Zvezda" (Serbiya) - "Napoli" (İtaliya) - 0 - 0

23:00. "Liverpul" (İngiltərə) - PSJ (Fransa) - 2 - 1

D qrupu

23:00. "Şalke" (Almaniya) - "Portu" (Portuqaliya) - 1 - 1

23:00. "Qalatasaray" (Türkiyə) - "Lokomotiv" (Moskva, Rusiya) - 3 - 0

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : UEFA Çempionlar Liqası 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2018 17:31



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com