Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Sentyabr

2018
16:40
Mətbuat Şurası bu saytlara xəbərdarlıq etdi

Bu gün Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.

Toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib. 

”Veysəloğlu Qrup” MMC-nin  “bolgexeber.com” xəbər  saytına qarşı müraciətini arşdıran komissiya müəyyən edib ki, xəbər portalının dərc etdiyi “Veysəloğlu Şirkətində daha bir rəzalət-işçi bıçaqlandı” yazısında Jurnalistlərin Peşə Davranışı Qaydalarının prinsipləri  pozulub. Material hazırlanarkən, şişirdilmiş, isbatı olmayan məlumatlara istinad olunub, təhqiramiz ifadələr işlədilib. Portal təmsilçisi material hazırlanarkən “tələskənliyə yol verildiyini” etiraf edib və təkzib verməyə  hazır olduğunu bildirib. Bundan sonra portal təmsilçisinə materiallar hazırlanarkən, Etik Kodeksin prinsiplərinin pozulmasına yol verməmək yönündə  tövsiyyələr verilib.

 ”Veysəloğlu Qrup” MMC-nin “24 saatxeber.com”  protalına qarşı şikayəti araşdırılarkən, eyni mənzərə üzə çıxıb. Portal əməkdaşı şirkət barədə material hazırlayarkən, subyektiv mülahizələrini önə çəkib, lazımi araşdırma aparmayıb. Portala MŞ tərəfindən tövsiyyə edilib ki, Etik Kodeksin prinsiplərinə diqqətlə yanaşılsın. 

Avropa Azərbaycanlıları Konqressinin İdarə Heyətinin sədri Sahil Qasımovun “veteninfo.com” xəbər portalına qarşı müraciəti də araşdırılıb. Komissiya müəyyən edib ki, portal əməkdaşları «AAK-nin prezidenti Sahil Qasımov Azərbaycanın siyasətinə zidd hərəkət edir» başlıqlı yazını  hazırlanarkən, qarşı tərəfin mövqeyi öyrənilməyib; materialdakı ittihamedici fikrilərin reallığı  araşdırılmayıb. Xəbər saytına tövsiyyə edilib ki, materiallar hazırlanarkən, Jurnalistlərin Peşə Davranışı Qaydalarının prinsipləri nəzərə alınsın, diaspor kimi ümummilli məsələlərə xüsusi həssaslıq göstərilsin. 

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin “miq.az” xəbər saytına qarşı müraciəti araşdırılarkən,Cəmiyyət haqqında hazırlanan materiallardaJPDQ prinsiplərinin  pozulduğu müəyyənləşib: faktlar araşdırılmayıb, subyektiv mülahizələrə əsaslanılıb. Xəbər saytının təmsilçisi narazılıq doğuran materiallarda problemlərin olduğunu etiraf edib, təkzib verməyə hazır olduğunu bildirib. 

İsmayıllı rayon İcra HakimiyyətiBaşçısının nümayəndəsi Habil Babayevin “dogruxeber.az” saytına qarşı şikayəti tərəflər arasında  razılıq əldə edildiyi üçün, öz xahişlərinə əsasən  gündəlikdən çıxarılıb. 

“Bakı-Xəbər” qəzetinin əməkdaşı Məhəmmədəli Qəriblinin  “demokratik.az” saytının rəhbəri Osman Rzayevə qarşı müraciətini araşdıran komissiya müəyyən edib ki,  dərc edilmiş yazılarda Jurnalistlərin Peşə Davranışı Qaydalarının prinsipləri kobud şəkildə  pozulub: qeyd edilən materiallarda təhqir, böhtan halları ilə yanaşı, təhdidlər, hədələr  də əks olunub. MŞ adından “demokratik.az” saytına qarşı ciddi xəbərdarlıq edilib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Saytlar 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-11-2018 01:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com