Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Sentyabr

2018
14:17
Keçmiş hərbi komissar: Nazir oğulları ön cəbhədə xidmət ediblər
"Məmur övladlarının hərbi xidmətdən yayınması halları qətiyyən mövcud olmayıb"

Ehtiyyatda olan general-leytenant, Milli Məclisin deputatı Əliağa Hüseynov Azərbaycanın Hərbi Komissarı (1998-2009) çalışdığı dövrdə övladları ön cəbhədə hərbi xidmətdə olmuş yüksək vəzifəli şəxslərin adlarını açıqlayıb.

FaktXəbər-in məlumatına görə, keçmiş Hərbi Komissar Ə.Hüseynov ölkə.az-a açıqlamasında bildirib ki, nə onun dövründə, nə də indi yüksək vəzifəli dövlət məmurları övladlarının hərbi xidmətdən yayınması halları mövcud olmayıb:

"Yaxşı yadıma gəlir, mən Hərbi Komissar işlədiyim illərdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədovun, Baş nazirin müavini Hacıbala Abutalıbovun, ədliyyə naziri Fikrət Məmmədovun, Baş prokuror Zakir Qaralovun, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun, keçmiş müdafiə naziri Səfər Əbiyevin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin keçmiş sədri Qərib Məmmədovun, Baş qərargah rəisi Nəcməddin Sadıqovun, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğlanları, fövqaladə hallar naziri Kəmaləddin Heydərovun iki oğulu, Milli Məclisin sədri Oqtay Əsədovun kürəkəni hərbi xidmətdə olublar. Özü də adlarını çəkdiyim şəxslərin övladları ön cəbhədə və döyüşlər aparan hərbi hissələrdə qulluq ediblər. Bütün bunlar faktdır və heç kəs dana bilməz. Kimlərsə deyir ki, dövlət məmurlarının övladları hərbi xidmətdən yayınır, deməli həmin adamların özləri əsgərlikdə olmayıb danışanlardır".

Ə.Hüseynov deyib ki, onun fəaliyyəti dövründə məmur övladlarının hərbi xidmətdən yayınması halları qətiyyən mövcud olmayıb:

"Mənim vaxtımda məmur övladlarının əsgərlikdən qaçması söhbəti ola bilməzdi. Çünki Ulu Öndər Heydər Əliyev məsələni elə qoymuşdu ki, məmur övladları hərbi xidmətə birinci aparılırdı. Mən elə bir məmur oğlu tanımıram ki, hərbi xidmətə getməkdən yayınsın. Ulu Öndər Heydər Əliyev özü şəxsən məsələyə nəzarət edirdi. Mən indi də eşitməmişəm ki, hər hansı məmur övladı hərbi xidmətdən yayınsın. Bu gün də bu ənənə davam edir".

Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin hərbi xidmətə yollanması məsələsinə də toxunan deputat qeyd edib ki, ölkə başçısının övladının hərbi xidmət etməsi hər kəs üçün nümunəvi addımdır:

"Özü də Heydər Əliyev çox çətin hərbi hissədə xidmət edir. Yəni, onun xidmət etdiyi hərbi hissə qarşıya qoyulan vəzifə tapşırıqları çətinliyinə görə heç də ön cəbhədən fərqlənmir. Heydər Əliyev ixtisasca diplomatdır. Sovet İttifaqı dövründə də belə ixtisasa yiyələnən gəncləri məxfi hərbi hissələrə salırdılar. Çünki onun xidmət etdiyi yer Dövlət Təhlükəsizlik Xidmətinin "N" saylı hərbi hissəsidir".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Əliağa Hüseynov 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 11:15



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com