Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Sentyabr

2018
08:05
3547
Rusiyanın içərisində 14 hərbçi olan təyyarəsini İsrail vurub?

Suriyaya gedən hərbçiləri daşıyan Rusiya təyyarəsi yoxa çıxıb.

FaktXəbər-in RT-yə istinadən məlumatına görə, Rusiya Müdafiə Nazirliyi 14 hərbçini daşıyan "İl-20" təyyarəsi dünən axşam saatlarında Aralıq dənizi hövzəsində olarkən radarlardan itib.

Məlumatda bildirilir ki, hərbçilər Hmeymim aviabazasına geri dönürlərmiş və sahilə 35 km qalmış təyyarə və heyət üzvləri ilə əlaqə kəsilib.

Rusiya Müdafiə Nazirliyinin məlumatında o da bildirilir ki, təyyarə İsrailə məxsus dörd ədəd "F-16" təyyarəsinin Lazakiyə əyalətindəki Suriya obyektlərinə hücumu zamanı itib. Bundan əlavə, Rusiyanın Hava Hücumundan Müdafiə qüvvələri həmin ərazidə olan Fransanın "Auvergne" freqatından raket atıldığını da qeydə alıb.

İsrail rejiminin hərbçiləri Rusiyanın təyyarənin itməsi ilə bağlı bəyanatına münasibət bildirməkdən imtina edib.

Məqalədə : "İl-20" 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda taxıl biçininə başlanılıb

24

May
17:46
İQTİSADİYYAT
118

Mayın 27-nə manatın məzənnəsi

24

May
17:33
İQTİSADİYYAT
96

2 yaşınadək uşaqlara bunlar qadağan edilməlidir

24

May
15:53
AİLƏ, SAĞLAMLIQ
1558

Paşinyanın oğlu Yerevana qaçdı

24

May
15:07
DÜNYA
426
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2019 02:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru