Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Sentyabr

2018
11:47
“Qarabağ”la vacib oyunumuz var” - “Sportinq”in baş məşqçisi

“Kuboka qələbə ilə başlamaq vacib idi. Qələbəyə layiq idik. Daha çox qol vura bilərdik. Futbolçularımın oyunundan razıyam".Qol.az-ın xəbərinə görə, bu sözləri Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Sportinq"in baş məşqçisi Joze Pezeiru Portuqaliya kubokunun ilk  turunda "Maritimo"ya qalib gəldikləri oyundan (3:1) sonra deyib.

58 yaşlı portuqaliyalı mütəxəssis Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçiriləcək görüş barədə də danışıb. O, bu matçın vacibliyini vurğulayıb: "Maritimo" ilə oyunda qələbə ilə yanaşı, meydana az çıxan futbolçulardan istifadə etmək də vacib idi. Komandada rəqabəti artırmalıyıq. Çünki Avropa Liqasında vacib oyunumuz var”.

Xatırladaq ki, “Sportinq” – “Qarabağ” oyunu sentyabrın 20-də Lissabonda keçiriləcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Sportinq 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2018 15:11



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com