Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Sentyabr

2018
08:32
Ordumuz dünya reytinq sihayısında irəlilədi

Azərbaycan hərbi gücünə görə dünya reytinqində 2017- il ilə müqayisədə 5 pillə irəliləyərək 53-cü mövqedə qərarlaşıb.

Bu göstərici "Globalfirepower" portalının 2018-ci il üçün hazırladığı siyahıda qeyd olunub.

Azərbaycan bu göstəriciyə görə qonşuları Gürcüstan (82) və Ermənistanı (84) geridə qoyur. Gürcüstan yerini olduğu kimi saxlasa da, münaqişə vəziyyətində olduğumuz Ermənistan 9 pillə irəliləyib. Türkiyə ötən il ilə müqayisədə 1 pillə geriləyərək 9-cu pilləyə düşüb. İran isə 8 pillə irəliləyərək 13-cü yerə yüksəlib.

Reytinqdə dünyanın hərbi gücünə görə ən qüdrətli dövləti yenə də ABŞ-dır. Onun ardınca Rusiya, Çin və Hindistan qərarlaşıb.

Dövlətlərin hərbi gücü müəyyən edilərkən 50 müxtəlif amil nəzərə alınır. Burada silahlarla yanaşı, coğrafiya, təbii ehtiyatlar, əhalinin sayı və s. amillər də diqqətdən keçirilir./Report

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Azərbaycan ordusu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2018 12:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com