Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Sentyabr

2018
14:25
3290
Bakıda REYD - 100-ə yaxın şəxs saxlanıldı

Baş Dövlət Yol Polisi və Bakı Şəhər Dövlət Yol Polisi İdarələrinin əməkdaşları tərəfindən paytaxtın müxtəlif nöqtələrində dayanma-durma, eləcə də parklanma qaydalarını pozan sürücülərin və piyada keçidlərindən istifadə etməyən şəxslərin maarifləndirilməsi məqsədi ilə reydlər təşkil edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Faktxeber.com-a verilən məlumata görə, bir neçə metrostansiyası yaxınlığında keçirilən reydlərdə avtobus dayanacaqlarının zəbt edildiyi aşkarlanıb. Polis əməkdaşları həmin sürücülərə xəbərdarlıq edərək dayanacaqların boşaldılmasını təmin ediblər.

Bakı şəhərinin müxtəlif küçə və prospektlərində piyadaların təhlükəsizliyini təmin etmək, bu istiqamətdə maarifləndirmə işini gücləndirmək, vətəndaşlar arasında təbliğat işinin aparılması da tədbir zamanı yol polislərinin diqqət mərkəzində olub.

Reyd zamanı metronun “İnşaatçılar”, “Gənclik” yaxınlığında, eləcə də Həsən Əliyev, Koroğlu Rəhimov küçələrində, Nərimanov rayonu ərazisində 100-ə yaxın piyada yol hərəkəti qaydalarını pozduqları üçün saxlanılıb. Onların hər biri ilə maarifləndirici söhbətlər aparılıb, yol hərəkəti haqqında qanunun tələbləri, piyadaların hüquq və vəzifələri barədə məlumatlar verilib.

Reyd zamanı keçidlərdən istifadə etməyən əsasən ahıl yaşlı piyadaların yolu təhlükəsiz şəraitdə keçmələri polislər tərəfindən təmin olunub.

Əsaən maarifləndirmə və tərbiyəvi xarakter daşıyan reydlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

Məqalədə : Bakı reyd 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı küləyi ağacı avtomobilin üzərinə aşırdı

19

Sentyabr
16:26
HÜQUQ,HADİSƏ
105

Sıfırı ilk dəfə istifadə edən alim - əl-Xarəzmi

19

Sentyabr
16:08
BÖLMƏNİ DÜZ SEÇ!
227

Müəllimlərin bilikləri sınaqdan keçiriləcək

19

Sentyabr
15:29
ELM / TƏHSİL
394

Tramp: Evsizlər imicimizə zərər vurur

19

Sentyabr
15:10
DÜNYA
138

DİN: Ötən gün yol qəzalarında 2 nəfər ölüb

19

Sentyabr
14:22
HÜQUQ,HADİSƏ
166

Hüseyn Abdullayevə 8 il cəza istənildi

19

Sentyabr
14:08
HÜQUQ,HADİSƏ
278

Sabahın hava proqnozu açıqlanıb

19

Sentyabr
13:20
ÖLKƏ
165

Naxçıvanda məktəblər birnövbəli rejimə keçib

19

Sentyabr
12:50
ELM / TƏHSİL
211

Azərbaycanda yük daşımaları artıb

19

Sentyabr
11:54
İQTİSADİYYAT
168
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2019 21:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru