Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Sentyabr

2018
11:22
Bu xəstələrə dərmanlar elektron reseptlə veriləcək

Azərbaycanda gələn ildən hemofiliyalı xəstələrə dərmanların elektron resept əsasında verilməsi nəzərdə tutulur.

Bunu Trend-ə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Gülnarə Hüseynova deyib.

G.Hüseynovanın sözlərinə görə, bu barədə onlara Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini Nabil Seyidov məlumat verib:

"Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, xəstələrin hər birinin elektron kartla təmin olunması və həmin kartla onlara elektron reseptlərin verilməsi planlaşdırılır. Artıq 2019-cu ildə bütün hemofiliyalı xəstələr üçün dərmanlar elektron reseptlərlə buraxılacaq. Regionlarda yaşayan xəstələr müalicə üçün Regional Hemofiliya mərkəzlərinə müraciət edə biləcəklər və orada onlara elektron reseptlər yazılacaq. Xəstələr dərmanlarını bunun üçün müəyyən edilmiş xüsusi apteklərdən alacaqlar. Hesab edirik ki, dərmanların elektron reseptlə verilməsi şəffaflığın artırılmasına xidmət edəcək".

Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsəd-zadə Trend-ə deyib ki, hazırda Bakıdakı şəkərli diabet xəstələri elektron reseptlərlə dərman alırlar. Onlar elektron sağlamlıq kartlarına yazılan elektron reseptləri ilə imtiyazlı apteklərdən dərmanlarını ala bilirlər.

C.Əsəd-zadə bu sistemin artıq bir neçə ildir ki, tətbiq edildiyini söyləyib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : dərman resept 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2018 17:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com