Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Sentyabr

2018
14:04
Cəlilabad-Masallı mənzilində 13,4 km dəmir yolu əsaslı təmir olunur

“Azərbaycan Dəmir Yolları” QSC-nin əsas istiqamətləri üzrə baş yollarının əsaslı təmiri davam etdirilir. Mart ayının 18-dən başlayaraq “Şimal-Cənub” layihəsi çərçivəsində Ələt-Osmanlı-Astara sahəsində ilkin olaraq 40 km baş yolun R-65 tipli materiallarla əsaslı təmiri aparılır.

FaktXeber.com-un “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Xidmətinə istinadla verdiyi məlumata görə, hazırda Cəlilabad-Masallı mənzilidə 13,4 kilometrlik yolun əsaslı təmir işləri icra olunur. Təmir işlərini 5 saylı “İDYM” MMC-nin kollektivi həyata keçirir.

Onu da xatırladaq ki, bu mənzildə son əsaslı təmir işləri 1960-cı illərdə aparılıb. Dəmir yolunun perspektiv layihələrinə uyğun olaraq,  bu istiqamətdə yolların hərəkətə tam yararlılığı zərurəti ortaya çıxıb. Yaxın gələcəkdə hərəkətin intensivliyinin artacağını nəzərə alsaq, hal-hazırda görülən işlər böyük əhəmiyyət kəsb edir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : dəmir yolu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 23:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com