Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Sentyabr

2018
14:57
Suriya ordusu İdlibi vurmağa başlayıb: geniş əməliyyat hazırlanır

İdlibdəki silahlı qruplar həm havadan, həm də qurudan blokadaya alınıb. Suriya ordusu top atışları ilə terrorçuları küncə sıxışdırıb. Terrorçular çəkildiyi məntəqələrdəki yerləri məhv edərək tərk edirlər. 7 sentyabrda Tehranda keçiriləcək üçtərəfli zirvədə Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunu da əməliyyata qatmaq istədiyi bildirilir. Suriya ordusu isə yekun zərbəni vurmaq üçün hazır gözləyir.

FaktXəbər-in məlumatına görə, indiyə kimi 6 qərargah və 7 anbar vurulub. 

Rusiya və Suriyanın Cisr əş-Şuğura birgə əməliyyatından sonra İdlib bölgəsinə top atışları həyata keçirilib. Suriya ordusunun silahlı qüvvələri Kirbət, Əl-Qab, Havaş, Əl-Nakus və Hiş kəndlərinə daxil olub. Həmçinin orduya məxsus tanklar Morek qəsəbəsinə girib.

Suriya ordusunun İdlibi vurmasından sonra terrorçular da Dəməşq ilə aralarındakı Asi çayı üzərindəki körpüləri dağıtmağa başlaıb. Bir neçə saat əvvəl Əl-Tuvəyriyə körpüsü sökülüb.

Suriya ordusu isə tam gücü ilə quru hərəkatına hazırlaşır. Könüllülərdən ibarət əsgərlər toplanır.

Tehran sammitindən sonra genişmiqyaslı əməliyyata hazırlaşan Suriya ordusu ilk mərhələdə Cisr əş-Şuğur üzərindən Hələb-Hama və Lazkiyə dəhlizini ələ keçirməyi qarşısına məqsəd qoyub.

Məqalədə : İdlib 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Britaniyada Asanjın taleyi həll olur

14

Dekabr
15:48
DÜNYA
349

Elvin İsayev Azərbaycana deportasiya edildi

14

Dekabr
15:37
HÜQUQ,HADİSƏ
576

Bazar günü hava yağmursuz olacaq

14

Dekabr
13:04
ÖLKƏ
1569
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2019 08:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru