Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Sentyabr

2018
13:10
Rövşən Əskərov 30 ildən sonra `Çto? Qde? Koqda?`nı tərk edir

"Çto? Qde? Koqda?"nın ən məşhur oyunçularından olan Rövşən Əskərov oyundan getmək qərarına gəlib. Bu barədə o, özünün Facebook səhifəsində bəyan edib. 

"Həyatımı dəyişən oyun. Həyatımın ən mühüm gbrüşlərini hədiyyə edən oyun. Mənə çox şey öyrədən oyun. Ancaq artıq aşkar olanı qəbul etmək lazımdır: Teleklubun  oyunçusu Rövşən Əskərovun vaxtı bitib.Fırfıranı vaxtında dayandırmaq özü bir bacarıqdır", - deyə o, yazıb.

Rövşən Əskərov təqribən 1989-cu ildə Bakıdakı klubda iştirak etməyə başlayan 30 ilə yaın idi ki, «Çto? Qde? Koqda»nın oyunçusu idi və oyun üçün həm Azərbaycanda, həm də Rusiyada  böyük işlər görüb.

1998-ci ildə Elitar kluba düşən Əskərov, 2001-ci ildə büllur bayquşun sahibi olub. O, oyun tarixinin ən güclü klublarında oynayıb və 2016-cı ildə isə öz komandasının kapitanı olub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Çto? Qde? Koqda? 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-12-2018 23:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com