Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Sentyabr

2018
11:59
1761
Azərbaycan dünya pasport reytinqində mövqeyini yaxşılaşdırıb

"Henley&Partners" şirkəti müxtəlif ölkələrin vətəndaşları üçün hərəkət azadlığı dərəcəsini göstərən pasport reytinqini dərc edib.

"Report" xəbər verir ki, bu reytinqdə 72-ci yeri tutan Azərbaycan pasportu 66 ölkəyə vizasız səfər etmək hüququ verir. Bu şirkətin əvvəlki reytinqində Azərbaycan pasportu 74-cü yeri tutduğu halda, indi Azərbaycan pasportunun iki pillə irəliləyərək reytinqini yaxşılaşdırdığını qeyd etmək lazımdır.

2018-ci ildə reytinqin liderləri Sinqapur və Yaponiya olub. Bu ölkələrin vətəndaşları viza almadan 189 ölkəni ziyarət edə bilirlər. 188 ölkəyə vizasız girişə hüquq verən Almaniya pasportu reytinqdə ikincidir. Üçüncü pillədə isə eyni anda 7 ölkənin paspotu qərarlaşıb: Danimarka, İsveç, İtaliya, Cənubi Koreya, İspaniya, Fransa və Finlandiya pasportuna malik olan şəxslər vizasız dünyanın 187 ölkəsinə giriş edə bilərlər.

Daha əvvəl viza məhdudiyyətlər indeksi kimi tanınan pasport indeksi 2006-cı ildən etibarən İsveçrənin "Henley&Partners" şirkəti tərəfindən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) ilə əməkdaşlıq çərçivəsində tərtib olunur.

Məqalədə : pasport 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
539

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
370

Mərdəkan körpüsündən avtomobil aşıb

23

Avqust
14:18
HÜQUQ,HADİSƏ
234

Ramanada quru ot sahəsi yanır

23

Avqust
14:17
HÜQUQ,HADİSƏ
193

Günün qarşılaşmaları TV AFİŞA

23

Avqust
14:15
İDMAN
190

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
324

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
391
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 04:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru