
Amerikalı beynəlxalq strategiya mütəxəssisi və analitik Martin Sieff Vaşinqton rəhbərliyinin son dövrdə Türkiyə ilə yaşadığı gərginlik barədə yazıb.
FaktXəbər-in məlumatına görə, "United İnternational Press" (UIP) xəbər agentliyi ilə "Vaşinqton Times" qəzetində 24 il xarici xəbərlər müxbiri və analitik olaraq işləyən, CNN, NPR, "Fox News" və BBC-də şərhçilik edən Sieff, mərkəzi ABŞ-da yerləşən Strateji Mədəniyyət Fondunun internet saytında yaydığı məqalədə Tramp rəhbərliyinin son dövrdə Türkiyə ilə yaşadığı gərginliyin müttəfiqi olan kilid bir ölkəni itirməsinə səbəb ola biləcəyi xəbərdarlığını edib.
Sieff, "Çörçillin səhvlərini təkrar etmək: ABŞ Türkiyəni Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qoşulmağamı məcbur edir?" başlıqlı məqaləsində ABŞ-ın Keşiş Brunson böhranına görə Türkiyəyə tətbiq etdiyi sanksiyalar, ikitərəfli ticarətdəki yeni gömrük tarifləri ilə F-35 təyyarələrinin satışının qarşısını almağa yönəlmiş qərarlarının I Dünya müharibəsi zamanı İngiltərədə Uinston Çörçillin Osmanlı İmperiyasının Almaniyanın tərəfində müharibəyə daxil olmasına yol açan yanlış addımlarına bənzədiyini yazıb.
Çörçillin o dövrdə siyasi rəhbər olaraq İngiltərə zavodlarında inşa edilən, Osmanlı İmperiyasının pulunu nağd ödədiyi 2 döyüş gəmisini vermədiyinə işarə edən Sieff, bu qərarın Osmanlının Almaniya və Avstriya-Macarıstan İmperiyası tərəfində müharibəyə girməyə məcbur etdiyinə diqqəti çəkib.
Sieff Osmanlının Almaniyadan aldığı gəmilərlə müharibəyə girməsindən sonra nəzarətində olan boğazları Antanta dövlətlərinə bağlandığı, buna görə də İngiltərə, Fransa və Rusiya arasındakı tamamlama xəttinin kəsildiyini, İngilislərin bu xətti yenidən açmaq üçün Dardanel cəbhəsində başladığı müharibənin məğlubiyyətlə nəticələndiyini xatırladıb.
Sieff ABŞ-ın bu gün Türkiyəni yadlaşdıran addımlar ataraq İngiltərənin keçmişdəki strateji səhvini təkrar etdiyini, bu vəziyyətin Türkiyəni Şimali Atlantika İttifaqıından (NATO) uzaqlaşdıraraq, ŞƏT və Avrasiya İqtisadi Birliyi (AİB) kimi Rusiyanın liderlik etdiyi rəqib beynəlxalq birlik təşəbbüslərinə qoşulmağa məcbur etdiyi xəbərdarlığını səsləndirib.
Türkiyənin hazırda ŞƏT ilə dialoq tərəfdaşı olduğuna diqqəti çəkən Sieff, həmçinin AİB ilə də azad ticarət müqaviləsi bağlamağı düşündüyünü deyib.
Martin Sieff analizini belə davam etdirib:
"Bu gün Vaşinqton Makedoniya, Çernoqoriya və Gürcüstan kimi kiçik ölkələri Estoniya, Latviya və Litva kimi başqa kiçik ölkələrin yerləşdiyi NATO Alyansına inteqrasiya etmək üçün çalışdığı bir vaxtda, Türkiyəyə ağır sanksiyalar tətbiqi məsələsi ilə mövqe göstərir. Halbuki, 63 ildir NATO ittifaqının bir hissəsi olan Türkiyə ABŞ-ın Şərqi Aralıq dənizi və Orta Şərqdəki hərbi mövqeyi baxımından həyati əhəmiyyətə malikdir. Rusiya ilə mümkün müharibə vəziyyətində ABŞ döyüş gəmilərinin Qara dənizdəki əməliyyat qabiliyyəti tamamilə Türkiyənin əməkdaşlığından asılı olacaq".

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 15:05 Noam Çomski: Tramp tarixdəki ən pis cinayətkardır
- 25-06-2020 13:49 Cənubi Yəmən Keçid Şurası İsraili rəsmi olaraq tanıdı
- 25-06-2020 12:35 Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
- 25-06-2020 12:14 İran rəsmisi: İran və Azərbaycan sərhədləri sülh və dostluq sərhədləridir
- 25-06-2020 11:14 Həmas liderindən İslam dünyasına təcili çağırışı
- 23-06-2020 10:16 Dünyada koronavirus infeksiyası hallarının sayı 9 milyonu ötüb
- 19-06-2020 14:21 Dağıstan rəsmilərini lom və dəyənəklə döydülər
- 19-06-2020 11:21 ABŞ-da səhv ucbatından 2 qardaş 24 il həbsdə yatdı
- 19-06-2020 10:37 Tramp NUO barədə gizli sənədlərinin açılması barədə düşünəcəyini vəd etdi
- 19-06-2020 10:15 Nikita Xruşovun oğlu ABŞ-da öldü
- 18-06-2020 16:34 Çin prezidenti Afrikaya koronavirus peyvəndi vəd etdi
- 18-06-2020 14:10 Qazaxıstanın Baş naziri və daha beş nazir koronavirusa görə özünü təcrid edib
- 18-06-2020 13:41 BƏƏ vəliəhdi: İsrailin Fələstin torpaqlarını ilhaq etməsi qanunsuzdur
- 18-06-2020 11:06 Nursultan Nazarbayev koronavirusa yoluxub
- 18-06-2020 10:58 Fələstində 39 yeni koronavirus aşkar edildi
- 18-06-2020 10:45 Tramp keçmiş təhlükəsizlik müşavirini "qəddar axmaq" adlandırıb
- 18-06-2020 10:30 Əfqanıstanda Taliban hücumunda 7 polis öldürüldü
- 17-06-2020 14:08 Kadırov gürcü jurnalistə sui-qəsd barədə xəbərlərə münasibət bildirib
- 17-06-2020 12:35 Putini koronavirusdan belə qoruyurlar
- 17-06-2020 11:35 Hindistanda bir gün ərzində 2 min nəfər koronavirusdan ölüb
- 17-06-2020 11:30 Koronavirusu test etmədən diaqnoz qoymağın üsulu tapıldı
- 17-06-2020 10:55 Hindistan və Çin arasında qarşıdurma yaranıb
- 17-06-2020 09:50 Medvedev: 2020-ci ildə Rusiya üç "iqtisadi sarsıntı" keçirib
- 16-06-2020 17:34 İdlibdə Rusiya-Türkiyə patrul yolunda partlayış baş verib
- 16-06-2020 16:39 Cavad Zərif: "İran, Rusiya və Azərbaycan arasında sammit keçirəcəyik"