Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Sentyabr

2018
19:13
2312
Lerikə dəymiş zərər hesablanır - İcra Hakimiyyəti

"Lerik rayonunda baş verən zəlzələ zamanı vətəndaşlara dəyən faktiki ziyan dəqiqləşdirilir".

Faktxeber.com-un məlumatına əsasən, bunu "Report"a açıqlamasında Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov bildirib.

Onun sözlərinə görə, avqustun 28-də 5,1 bal gücündə episentri Lerik rayonunun Davradibi kəndində olan zəlzələ rayonun 162 yaşayış məntəqəsindən 74-də daha çox hiss olunub: "Eyni zamanda Bibiyani, Vizəzəmin, Tikəband kəndlərində də zəlzələ eyni gücdə hiss olunub. Həmçinin Piran-Hamarat,Siyov, Züvüc, Veri, Çayrud kəndləri də zəlzələnin ən çox fəsad törətdiyi ərazilərdir".

H.Məlikov deyib ki, ümumilikdə rayon icra hakimiyyətində yaradılan komissiyaya 29 ərazi icra nümayəndəliyindən müraciətlər daxil olub. "Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Fövqəladə Hallar Nazirliyinə müraciət edilib. Operativ şəkildə seçmə qaydada evlərə baxış keçirilib. Yaxın günlərdə bir daha nümayəndələr rayonda olacaq. Dəyən faktiki ziyan müəyyənləşdiriləcək".

Məqalədə : Lerik zəlzələ 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Magistraturaya müsabiqənin nəticələri elan edilib

19

İyun
20:04
ELM / TƏHSİL
1732

Baş Polis İdarəsinin əməkdaşı özünü asdı

19

İyun
16:08
HÜQUQ,HADİSƏ
148
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2019 22:10



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru