Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Avqust

2018
20:24
Ayətullah Xamenei: Amerikanın söyüşçül rəsmiləri ilə heç bir səviyyədə müzakirə aparılmayacaq

Bu gün səhər “hökumət həftəsi” münasibətilə İran prezident Həsən Ruhani və Nazirlər Kabinetinin üzvləri Ali lider Ayətullah Xamanei ilə görüşüb.

FaktXəbər-in "Fars" agentliyinə istinadən məlumatına görə, Ali lider görüşdə İranla müzakirənin Amerikada bütün hökumətlərə lazım olduğunu söyləyərək, "onlar İranı hətta müzakirə masası arxasına çəkib gətirdik" deyə manevr etmək istəyirlər: "Buna görə də öncə daha ətraflı şəkildə və faktlarla söylədiyim kimi, iranlılara qarşı qılıncı üzdən bağlayan Amerikanın indiki söyüşçül rəsmiləri ilə heç bir səviyyədə müzakirə aparılmayacaq."

Ayətullah Xamenei qonşularla gün-gündən genişlənən müsbət əlaqələrə təkid edərək həmçinin Avropa ölkələri ilə əlaqələr barədə bildirib ki, Avropa ilə əlaqə və müzakirənin davamının eybi yoxdur, amma bunu davam etdirməklə yanaşı nüvə sazişi və yaxud iqtisadiyyat kimi məsələlər barədə onlara ümid bəsləmk olmaz. 

Ali lider nüvə sazişini milli mənafeyin mühafizəsi vasitəsi adlandırıb və bildirib ki, nüvə sazişi məqsəd deyil vasitədir: "Təbii ki, bu vasitə ilə milli mənafeyin mühafizəsinin mümkün olmadığı qənaətinə gələriksə, onu kənara qoyacağıq. 

"Avropalılar İranın dövlət rəsmilərinin bəyanatları və əməllərindən başa düşməlidirlər ki, onların atdıqları addımlar İran tərəfindən uyğun reaksiya ilə üzləşəcək. Mən demirəm sanksiyaların təsiri yoxdur, ancaq son günlərin iqtisadi problemlərinin əsas hissəsi iş və fəaliyyətlə bağlıdır. Əgər görülən işlər yaxşı, tədbirli, vaxtında və güclü olsa, sanksiyaların təsiri elə də güclü olmaz və ona müqavimət göstərmək olar. Müxtəlif səbəblərdən bizim mənfur və çirkin düşmənlərimizin sayı azı deyil. Onlar pusquda durublar ki, milçək kimi yara gördükdə üzərinə qonsunlar, bəzi adamların səhvi ucbatından yaranan problemlərdən sui-istifadə edərək xalqda ümidsizlik yaratmaq üçün dövlətin yetərsizliyi və ölkənin çıxılmaz vəziyyətdə qaldığını təlqin etsinlər”, - deyə fikirlərinin davamında Ayətullah Xamenei bildirib.

Ali lider çıxışının sonunda İranın dövlət işçilərinə tövsiyyələr edib və ölkənin güclü və zəif nöqtələrinə diqqət yetirməyin, güclü cəhətləri artırmağın və zəifləri aradan qaldırmağın zəruri olduğunu vurğulayıb. Onun sözlərinə görə, iqtisadiyyat sahəsindəki bəzi zəifliklərini görən düşmən bütün diqqətini ölkənin iqtisadiyyatına yönəldib. Ona görə də bu sahənin işçiləri gecə-gündüz bilmədən çalışmalıdırlar və daxili istehsalı artırmalıdırlar: "Son zamanlar ölkədə baş verən hadisələr də idarəçilikdə diqqətsizliyin nəticəsidir. İranın daxili resurslarından yetərincə istifadə olunmur. Məsələn, İran dünyanın ən böyük neft ölkələrindən olduğu halda, niyə benzin digər ölkələrdən idxal olunmalıdır? Gündəlik 100 milyon litrdən çox benzinin idxalı da daxili resurslardan doğru istifadə olunmadığının nümünəsidir. Dövlət işçiləri də bir olmalıdır. Onlar arasında fikir müxtəlifliyinin olması təbiidir, lakin bu, xalqı təşvişə salmamaq üçün mətbuatda yayımlanmamalıdır."

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İran Ayətullah Xamenei 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2018 08:31



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com