Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Avqust

2018
13:57
Yəmənli general: Dubay aeroportunu vurmuşuq

Yəmən ordusunun sözçüsü Şərəf Loğman Birləşmiş Ərəb Əmirliklərinin beynəlxalq Əbu Dabi hava limanına qarşı Yəmən ordusu tərəfindən həyata keçirilən əməliyyatdan sonra bu dəfə də Dubay hava limanını vurduqlarını deyib.

FaktXəbər-in məlumatına görə, "sözügedən hücum ilə birlikdə Yəmən ordusu Birləşmiş Ərəb Əmirliklərini asanlıqla hədəfə aldığını göstərib", - deyən Loğman, əlləri altında olan raket və pilotsuz hava vasitələri ilə BƏƏ-də istədikləri hədəfləri vura biləcəklərini söyləyib.

Növbəti hücumlarında BƏƏ-nin investisiyalarını və sərmayələrini hədəf alacaqlarını deyən general Loğman, Yəmən ordusunun bu gücdə olduğunu bildirib.

Xatırladaq ki, Yəmən ordusu və Ənsarullah Hərəkatına aid pilotsuz uçuş aparatları Birləşmiş Ərəb Əmirliklərinə məxsus Dubay Hava Limanını hədəfə alıb. Hücum "Sammad-3" pilotsuz aparatı ilə həyata keçirilib. Cari ilin 26 iyul tarixində də Əbu Dabi Hava Limanı hədəf alınmışdı.

Məqalədə : Yəmən 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Britaniyada Asanjın taleyi həll olur

14

Dekabr
15:48
DÜNYA
349

Elvin İsayev Azərbaycana deportasiya edildi

14

Dekabr
15:37
HÜQUQ,HADİSƏ
606

Bazar günü hava yağmursuz olacaq

14

Dekabr
13:04
ÖLKƏ
1569
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2019 09:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru