Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Avqust

2018
09:43
3156
`Qarabağ` `Şerif`lə oyunöncəsi daha bir futbolçusunu itirdi

"Qarabağ" klubu Moldova "Şerif"i ilə keçirəcəyi Avropa Liqasının "play-off" mərhələsinin cavab oyunundan əvvəl daha bir ciddi itki ilə üzləşib. "Neftçi" ilə çempionat oyununda komandanın ispaniyalı yarımmüdafiəçisi Markos Miçel zədələnib. 

Bunu komandanın baş məşqçisi Qurban Qurbanov bildirib. O, ispaniyalı futbolçunun ən azı 15 günədək sıradan çıxdığını bildirib. 46 yaşlı müdafiəçi ilk görüşdə zədəli olduğu üçün start heyətdə meydana çıxa bilməyən Abdullah Zubirin də durumuna aydınlıq gətirib. O, mərakeşli yarımmüdafiəçini "Neftçi" ilə Topaz Premyer Liqasının III tur matçında riskə atmaq istəmədiyini söyləyib: "Onu meydana buraxmağa ehtiyatlandıq. "Şerif"lə cavab görüşünə tam hazır olma ehtimalı böyükdür".

Avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Şerif" matçı saat 21:00-da başlanacaq.

Məqalədə : Qarabag 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
404

Sabahın hava proqnozu açıqlanıb

22

May
14:01
ÖLKƏ
1153

İlqar Məmmədov polisə çağırıldı

22

May
12:52
HÜQUQ,HADİSƏ
92
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 15:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru