Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Avqust

2018
16:35
4120
Ekspert: Suriyadan olan erməni qaçqınları Qarabağda saxlamaq mümkün olmayacaq

Ermənistan suriyalı erməniləri Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirməklə beynəlxalq hüquq normalarını kobud şəkildə pozur.

FaktXəbər bildirir ki, bunu Trend-ə Ermənistan rəhbərliyinin Suriyadan olan etnik erməniləri Azərbaycanın işğal olunmuş Füzuli və Cəbrayıl rayonlarında məskunlaşdırmaq cəhdini şərh edən tanınmış türkiyəli politoloq, professor Toğrul İsmayıl deyib.

Ekspertin sözlərinə görə, erməni əsilli suriyalı qaçqınların Azərbaycanın işğal altındakı torpaqlarında yerləşdirilməsi siyasəti Cenevrə konvensiyalarından irəli gələn öhdəliklərin kobud şəkildə pozulmasıdır:

"Bu ərazilərdə coğrafi adların dəyişdirilməsi, işğal altındakı torpaqların yandırılması kimi qanunazidd fəaliyyət Ermənistanın Azərbaycana qarşı açıq təcavüzünü göstərir. Ermənistan rəhbərliyi Yaxın Şərq amilindən öz məqsədləri naminə istifadə edir ki, müharibə olacağı təqdirdə cəbhə xəttinə göndərməyə kimsə olsun. Lakin suriyalı ermənilərin Qarabağda qalacağına inanmıram. Birincisi, bu, regionda qeyri-sabit vəziyyətlə şərtlənir, ikincisi isə nəzərə almalıyıq ki, 2016-cı ilin aprelində olduğu kimi, Azərbaycan və Ermənistan arasında aktiv hərbi fəaliyyət hər an yenilənə bilər. Hesab edirəm ki, Suriyadan olan erməni qaçqınlar işğal altındakı Qarabağda yalnız müvəqqəti sığınacaq tapa bilərlər. Yaşadıqları ölkədəki müharibəyə görə vətənlərinə qayıdan ermənilərin yeni müharibədə iştirak etmək arzusunda olduqlarını düşünmürəm".

T.İsmayıl bildirib ki, Ermənistan Cənubi Qafqazın ən zəif ölkəsidir, Ermənistan iqtisadiyyatının vəziyyəti isə acınacaqlıdır:

"Yerevanda, həmçinin erməni işğalı altında olan Qarabağda yaşayış səviyyəsi çox aşağıdır. Buna görə də ermənilərin bura kütləvi şəkildə köçürülməsindən söhbət gedə bilməz. Hakim rejimin belə arzusu var, çünki bu halda provokasiya planları irəli sürmək olar".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Solaxaylıq nə vaxtdan başlayır?

26

May
11:46
AİLƏ, SAĞLAMLIQ
84

42 yaşlı Nardaran sakini itkin düşdü

26

May
11:15
HÜQUQ,HADİSƏ
71

Azərbaycan nefti cüzi bahalaşıb

25

May
12:02
İQTİSADİYYAT
632

Bakıda Qədr gecəsi - FOTO

25

May
11:11
RAMAZAN AYI
1720
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-05-2019 15:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru