Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Avqust

2018
10:54
4288
Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasından 99 il ötür

Avqustun 18-də Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 99-cu ildönümü tamam olur. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra 1919-cu ildə milli hökumətin qərarı ilə təsis edilən Hərbi Nazirliyin tərkibində ölkənin bir sıra güc strukturları, o cümlədən Sərhəd Qoşunları fəaliyyətə başlayıb. Sovet İttifaqı dövründə Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin bir strukturu kimi fəaliyyət göstərib.

Sabiq prezident Heydər Əliyev 2000-ci il avqustun 18-ni sərhədçilərin peşə bayramı kimi rəsmiləşdirib. Elə bu səbəbdən də üçrəngli bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə 1992-ci il avqustun 22-də Naxçıvan Sərhəd Dəstəsində qaldırılmasından, sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından tutmuş Dövlət Sərhəd Xidmətinin təşkilinə qədər bütün proseslər Heydər Əliyevin adı ilə bağlıdır.

2002-ci ildə Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

2007-ci il iyunun 12-də Prezident İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması barədə Sərəncam imzalaması Vətənimizin sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsində mühüm rol oynayıb. 2008-ci il sentyabrın 14-də Dövlət Sərhəd Xidməti Akademiyasının ilk kursantları Vətənə, dövlətə sədaqət andı içərək təlim və tədrisə başlayıblar.

Məqalədə : DSX 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabaha dolu və leysan proqnozu verildi

21

Aprel
13:57
ÖLKƏ
149

Fransada Azərbaycan məktəbi açılıb

21

Aprel
13:20
ELM / TƏHSİL
83

Rusiya daha 49 il Suriyada qalacaq

21

Aprel
10:37
HƏRB
102

AİP Azərbaycan xalqını təbrik edib

21

Aprel
10:20
MƏNƏVİYYAT
556

Binəqədidə avtobus qəzası: 5 yaralı var

21

Aprel
10:16
HÜQUQ,HADİSƏ
119

Sabahın hava proqnozu açıqlanıb

20

Aprel
14:13
ÖLKƏ
248

FHN Müdafiə Nazirliyindən kömək istəyib

20

Aprel
12:10
HÜQUQ,HADİSƏ
189

Trampın reytinqi düşməkdə davam edir

20

Aprel
11:38
DÜNYA
1183
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-04-2019 18:10



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru