Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Avqust

2018
16:23
`Azəriqaz` `Səyyar ASAN Kommunal`la birgə əhaliyə xidmət göstərib

Bu gündən etibarən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi "Səyyar ASAN xidmət" çərçivəsində Bakının Zabrat qəsəbəsində xidmətlər göstərir.

“Azəriqaz”dan verilən məlumata görə, xüsusi tərtibatla hazırlanmış səyyar avtomobillər vasitəsi ilə birbaşa kütləvi sayğac dəyişikliyi olan ərazilərdə abonentlərə tam şəkildə “ASAN Kommunal” standartlarına uyğun xidmət göstərilməsi təmin ediləcək. (Zabrat qəsəbəsində İcra nümayəndəliyi binasının yanında xidmətin müddəti otuz gün 14.08.2018 tarixdən-14.09.2018 tarixədək)

İstehlakçılar bu layihə çərçivəsində itirilmiş və zədələnmiş smart kartın bərpası, borc və ödəniş barədə arayışların verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi, koda düşmüş kartların bərpası, zədələnmiş sayğacla bağlı ödənişin qəbulu da daxil olmaqla ümumilikdə 20 növ xidmətdən yararlana bilərlər.

Əsas hədəflərdən biri də regionlarda açılacaq “ASAN Kommunal” Mərkəzlərində “Azəriqaz” tərəfindən müvafiq xidmətlərin təmin edilməsidir. Artıq cari ilin sentyabr ayının 3-dən etibarən “Azəriqaz” tərəfindən Respublika ərazisində fəaliyyət göstərən və xüsusi tərtibatda hazırlanmış “Səyyar ASAN” avtobus və qatarlarda xidmətlər göstərməyə başlanılacaq.

"Səyyar ASAN xidmət"in həyata keçirilməsində əsas məqsəd “Azəriqaz” tərəfindən xidmətlərin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, abonentlər üçün əlçatanlığın təmin edilməsi və istehlakçı məmnunluğuna nail olunmasıdır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2018 17:46



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com