Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Avqust

2018
14:07
Azərbaycanda qədim qala aşkarlanıb

İmişli rayonunda qədim qala aşkarlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri tərəfindən Qızıltəpə ərazisində ilk dəfə aparılan arxeoloji qazıntılar zamanı bir çox maddi-mədəniyyət nümunələri tapılıb. 

Hətta Qızıltəpənin müdafiə xarakterli və ciddi qorunan bir qala olduğu aydınlaşıb. İki hissədən ibarət olan Qızıltəpə 5 hektardan çox ərazini əhatə edir. 25 metrə yaxın hündürlüyü olan tarixi abidədən ətrafı çox yaxşı müşahidə etmək olur. Bu yerin bir özəlliyi də ondan ibarətdir ki, qala tamamilə su hövzəsi ilə əhatə olunub. Eyni zamanda müşahidələr zamanı qalanın digər tarixi abidələrlə perpendikulyar yerləşməsi müəyyənləşib. Bundan başqa, araşdırma zamanı hündürlüyün ətrafında qala divarlarının qalıqlarına rast gəlinib.

Qalanın üst qatında aparılan qazıntı zamanı orta əsrlərə aid tarixi əşyalar üzə çıxıb. Həmçinin burada arxeoloqlar tərəfindən ilk dəfə rast gəlinən yaşı min ildən çox təndir, bununla bərabər, maddi-mədəniyyət nümuələri aşkar ediblər. Üzərində rəngli naxışlar olan, həmçinin əl işləri ilə döymələr vurulan bir çox məişət əşyası üzə çıxıb. Qazıntının ilk mərhələsi bu yerin orta əsrələrə aid olduğunu göstərsə də, arxeoloqlar hesab edir ki, dərin qatlarda daha qədim tarixə maik izlərə rast gəlmək olar.(report.az)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qədim qala aşkarlanıb 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2018 14:26



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com