Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Avqust

2018
09:59
İrandan ABŞ-a qarşı Türkiyəyə dəstək

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi ABŞ-ın Türkiyə əleyhinə yürütdüyü siyasəti tənqid edərək Türkiyə üçün hər cür dəstəyə hazır olduqlarını deyib.

FaktXəbər-in məlumatına görə, İran dövlət televiziyasına bu barədə açıqlama verən Qasimi, "Türkiyə və türk xalqı kənardan idarə edilən təzyiqlər qarşısında müvəffəqiyyətli ola bilərlər", - deyə bildirib.

O, son günlər baş verənlərə münasibət bildirərkən, ABŞ sanksiyaları qarşısında Türkiyənin yanında olduqlarını vurğulayıb.

Türkiyə ilə İranın bir-biri ilə yaxşı dost olduğunu bildirən Qasimi, "millətlərin iradəsi zorakılıq və təhdidlərlə dəyişdirilə bilməz", - deyib.

Qasimi İrana qonşu olan digər dövlətlərin də İranı yanlarında hiss etmələri lazım olduğunu bildirərək, region ölkələri arasında əməkdaşlığın əhəmiyyətinə toxunub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İran Türkiyə ABŞ 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2018 14:20



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com