Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Avqust

2018
12:25
`Qlobal istiləşmə deyilən şey çirkin siyasi-iqtisadi oyundur`

Avqustun 9-da Türkiyədə təbii fəlakət nəticəsində dörd körpü uçub. Orduya yağan leysan yağışlar tikilinin dayaqlarını yuyub aparıb, kənd təsərrüfatına və yaşayış evlərinə xeyli ziyan dəyib.

Ötən ay leysan yağışlar Yaponiyanı da ağuşuna almışdı. Yağışların yaratdığı torpaq sürüşməsi nəticəsində 60-a yaxın insan ölmüş, 44 nəfər isə itkin düşmüşdü.

Dünyanın bir tərəfi leysan yağışlardan əziyyət çəkərkən digəri tərəfi quraqlıqdan yanır. Maraqlıdır, təbiətdə nə baş verir? Bütün bunlar qlobal istiləşmənin nəticəsidir?

Ekoloq Telman Zeynalov bildirir ki, qlobal istiləşmə hadisəsi yoxdur: “90-cı ildə SSRİ dağıldı, onlar iqlim dəyişməsi, qlobal istiliyi ortalığa atdılar, 210 dövləti dəli etdilər. Hamını Kyota protokoluna  qatdılar. Ancaq belə bir hadisə yoxdur. Atmosferdə troposferin və stratosferin arasında keçid zonası - tropopauza yerləşir. Orada yaranan külək troposferdə və stratosferdə yaranan küləkdən qat-qat güclüdür. Bu girir onların arasına, Afrikada buxarlanan suyu gətirir bəzi yerlərdə leysan yağışlar yağdırır, çayları məcrasından çıxarır, digər yerlərdə meşə yanğınları, quraqlıq yaradır”.

Ekoloq hesab edir ki, bütün bunlar böyük dövlətlərin oyunudur: “Şimal küləyi əsəndə siklon onu hara qədər əyirsə, orada yağış, qar, dolu yağır. Antisiklon harada varsa, hava buludsuz olur, meşə yanğınları baş verir. Bunlar çox vaxt qışda baş verir. Ancaq son illərdir dalbadal yayda baş verirsə, bu, onu göstərir ki, onu idarə edirlər. Süni yaradılır. Həftələrlə uzadırlar. Normalda bir həftədən çox olmur. Ancaq indi bir aydan çoxdur ki, davam edir. Meşələri yandırırlar, deyirlər, görürsünüz, qlobal istiləşmə gedir. Ancaq qlobal istiləşmə getmir. Bu, çirkin siyasi-iqtisadi oyundur. ABŞ, Rusiya, Çin, Kanada kimi böyük dövlətlərdə bunları süni yaratmaq üçün silah var. Silah vasitəsi ilə tropopauzada küləkləri idarə edirlər,  gücləndirirlər”.(musavat.com)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qlobal istiləşmə 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 09:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com