Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Avqust

2018
11:00
Nazirlik əncir ağacını budayan şəxsi 2200 manat cərimələyib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Səbail rayonu, Azadlıq küçəsi 15 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Bu barədə FaktXəbərə-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Sözügedən ünvana keçirilən baxış zamanı ərazidə 1 lüqustr ağacının kəsildiyi, 1 əncir ağacının qanunsuz budandığı və təbiətə 720 manat məbləğində ziyan dəydiyi məlum olub.

Araşdırma zamanı ağacların Vurğun Cəfərov tərəfindən kəsildiyi və budandığı müəyyən edilib. Faktla bağlı qanun pozucusu barəsində akt, protokol tərtib olunub və o, fiziki şəxs qismində 2200 manat məbləğində cərimə edilib.

Nazirlik yaşıllıqların mühafizəsinə qayğıkeş münasibətlərinə və həyəcan təbili çaldıqlarına görə Səbail rayonu, Azadlıq küçəsi 15 ünvanında yaşayan sakinlərə dərin təşəkkürünü bildirir, ətraf mühitin qorunmasında göstərdiyi vətəndaşlıq mövqelərini yüksək qiymətləndirir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : ağac kəsilməsi 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2018 18:23



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com