Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Avqust

2018
16:33
4133
Zaxarova rusiyalı jurnalistlərin qətlinə reaksiya verdi

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Mərkəzi Afrika Respublikasında (MAR) rusiyalı təlimatçıların olmasında heç bir sensasiya yoxdur. FaktXəbər bildirir ki, bu barədə o, Facebook səhifəsində yazıb.

Zaxarova əlavə edib ki, MAR-da rusların olmasını heç kim gizlətməyib: "Rusiyalı təlimatçıların Mərkəzi Afrika Respublikasında olmasında heç bir sensasiya yoxdur, bunu heç kim gizlətmirdi. Hələ martda XİN- rəsmi nümayəndəsi MAR-da işləyən hərbi və mülki rusiyalı təlimatçılarla bağlı bəyanat səsləndirib".
 
Rusiya XİN-in rəsmi nümayəndəsi həmçinin deyib ki, ölən jurnalistlərin Afrikada apardıqları araşdırmadan hamı xəbərsiz olub: "Ölən rusiyalı jurnalistlərin cəsədlərinin aşkarlandığı yer təlimatçılar olduğu əraziyə getmir. Üstəlik, onlar yerli hüquq-mühafizə orqanlarının nəzarət etdiyi ərazidən çıxmaqları barədə məlumatlandırılmışdılar. Onlar Mərkəzi Afrika Respublikasında nə edirdilər, onların məqsəd və vəzifələri nə idi, bu sual cavabsız qalır".

Məqalədə : Zaxarova 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Goranboyda dolu yağdı

27

May
09:39
HÜQUQ,HADİSƏ
44

Solaxaylıq nə vaxtdan başlayır?

26

May
11:46
AİLƏ, SAĞLAMLIQ
243
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2019 09:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru