Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 İyul

2018
14:42
Ermənistan və Rusiya arasında daha bir mübahisəli durum

Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti ilə Rusiya arasında daha bir mübahisəli durum yaranıb. FaktXəbər bildirir ki, budəfəki mübahisəyə səbəb Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) erməni baş katibi Yuri Xaçaturovun əvəzlənməsi məsələsidir.

Rəsmi Yerevan Y.Xaçaturov barəsində 2008-ci il martın 1-də keçirilən etiraz aksiyaları zamanı nümayişçilərin öldürülməsi ilə bağlı cinayət işi açıb. Bundan sonra Ermənistanın Xarici İşlər Nazirliyi KTMT-dən baş katibin əvəzlənməsini istəyib. Lakin bu günə kimi həmin müraciətə müsbət cavab verilməyib.

KTMT-dən bu gün verilən bəyanatda deyilir ki, Ermənistan tərəfindən Yuri Xaçaturovun əvəzlənməsi ilə bağlı rəsmi sorğu daxil olmayıb. "Məndə məlumat yoxdur ki, erməni tərəfi hazırkı baş katiblə bağlı hansısa rəsmi sənəd göndərsin",-deyə baş katibinin müavini Valeriy Semerikov vurğulayıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : KTMT 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2018 23:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com