Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 İyul

2018
16:45
İŞİD Tacikistanda turistlərə hücum edən terrorçuların fotosunu paylaşıb

Terrorçuların mətbuat xidməti olan AMAQ Tacikistanda xarici turistlərə hücum edən terrorçuların andiçməsi ilə bağlı video paylaşıb.

(Həmin videodan kadr)

***

10.00

Tacikistanda xarici turistlərə hücumda məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə terrorçuların internetdə bəyanatlarını izləyən SITE Intelligence Group xəbər verib.

Xatırladaq ki, Tacikistanın Xatlonskiy əyalətində naməlum şəxslər xarici velosipedçiləri vuraraq hadisə yeindən qaçmışdı. Hadisə nəticəsində 3 turist yerindəcə ölmüş, daha sonra biri də xəstəxanada həyatını itirmişdi. Bundan başqa daha 3 nəfər yaralanmışdı. Qurbanlar  ABŞ və Niderlan vətəndaşı olub.

Operativ axtarış tədbirləri nəticəsində DİN əməkdaşları şübhəliləri və onların "Daewoo" avtomobilini aşkarlayıblar. Saxlanılma zamanı  cinayətkarlar silahlı  müqavimət göstərdiyindən milis atəş açmaq məcburiyyətində qalıb. Xüsusi əməliyyat nəticəsində 2 cani yerindəcə öldürülmüş, bir nəfər isə sağ ələ keçmişdi.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Tacikistan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-11-2018 16:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com