Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 İyul

2018
11:45
4477
Tatu və pirsinq hepatit xəstələrinin sayını artırıb

"Son illər tatu və pirsinqdən istifadə edən insanların sayı artıb. Bu da B viruslu hepatit xəstələrinin sayının artmasına öz təsirini göstərir".

Bunu Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyanın sədr müavini Həqiqət Qədirova deyib.

O bildirib ki, viruslu hepatitlərin insan orqanizmində yoluxması baş verdikdən sonra ağır fəsadların olması qaçılmazdır.

H.Qədirova qeyd edib ki, hepatit A xronik hala çox nadir hallarda keçir: "Bu da adətən uşaqlar arasında qeydə alınır. B viruslu hepatit 10 faiz halda xronik hala keçir. Hepatit C isə 50 faizdən çox halda xroniki olur. Buna insanlar hətta "mülayim qatil" deyirlər. Çünki uzun müddət ərzində özünü büruzə vermir. Bu virusdan əziyyət çəkən 5-15 faiz insanlarda xərçəng yaranır".

"B viruslu hepatitlər insan orqanizmində qaraciyərə daxil olursa, bu ömürlük insan orqanizmində qalır. Bu gün tibb elmində hələ ki tam müalicə üsulları yoxdur. Ona görə də xəstəliyin qarşısı mütləq vaxtında alınmalıdır. A viruslu hepatit adətən natəmiz şəraitdən keçib. İlk olaraq sanitar-gigiyenik normalara düzgün riayət etmək lazımdır. B,C, D viruslarının qarşısını almaq üçün qan verən insanların sağlamlığı yoxlanılmalı, tibbi avadanlıqların sterilizə olunmasına ciddi fikir verilməlidir. Digər tərəfdən cinsi yolla yoluxmamaq üçün diqqətli olmaq lazımdır"- deyə mütəxəssis əlavə edib.(Report)

Məqalədə : tatu pirsinq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabaha dolu və leysan proqnozu verildi

21

Aprel
13:57
ÖLKƏ
152

Fransada Azərbaycan məktəbi açılıb

21

Aprel
13:20
ELM / TƏHSİL
84

Rusiya daha 49 il Suriyada qalacaq

21

Aprel
10:37
HƏRB
103

AİP Azərbaycan xalqını təbrik edib

21

Aprel
10:20
MƏNƏVİYYAT
557

Binəqədidə avtobus qəzası: 5 yaralı var

21

Aprel
10:16
HÜQUQ,HADİSƏ
120

Sabahın hava proqnozu açıqlanıb

20

Aprel
14:13
ÖLKƏ
249

FHN Müdafiə Nazirliyindən kömək istəyib

20

Aprel
12:10
HÜQUQ,HADİSƏ
189

Trampın reytinqi düşməkdə davam edir

20

Aprel
11:38
DÜNYA
1183
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-04-2019 18:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru