- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Azərbaycan Respublikasının Ağdam rayonunun işğalının 25-ci ildönümü ilə əlaqədar XİN açıqlama yayıb.
FaktXəbər-in məlumatıana görə, XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü zamanı 23 iyul 1993-cü il tarixində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Ağdam rayonunun inzibati mərkəzi, Aşağı Qarabağın ən böyük şəhərlərindən biri Ağdam işğal olunub: “Təcavüz səbəbindən ümumi ərazisi 1154 kv. km olan 138 yaşayış məntəqəsindən ibarət Ağdam rayonunun əksər hissəsi zəbt edilib və oranın əhalisi etnik təmizləməyə məruz qalıb. Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. İşğal nəticəsində 122 yaşayış məntəqəsi, 24 min 446 yayayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr və s. talan və məhv edilib. Ağdamın müdafiəsi zamanı döyüşlərdə 6 minə yaxın rayon sakini şəhid olub. Ağdamın futbol klubu olan “Qarabağ” isə dünya miqyasında didərgin düşmüş komandaların olduqca nadir misallardan birinə çevrilib. Hazırda 200 min nəfər rayon sakinindən 153 min nəfərdən artıq şəxs Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində yaşayır.
İşğal edilmiş ərazilərdəki çoxsaylı tarixi abidələrin xeyli hissəsi məhv olmağa, zahiri görkəminin süni dəyişdirilməsinə və qanunsuz arxeoloji qazıntılara məruz qalıb. Onların arasında Ağdam şəhərinin yaxınlığında e.ə. II minilliyə aid Üzərliktəpə abidəsi, Kəngərli kəndindəki VI əsrə aid məbəd və XIV əsrə aid türbə ilə daş abidələri, Xaçındərbənd kəndindəki 1314-cü ilə aid Qutlu Sarı Musaoğlu türbəsi, XVIII-XIX əsrlərdəki Qarabağ xanlığının mirası Şahbulaq qalası, xan sülaləsinin imarəti və məqbərələri və s. qeyd oluna bilər. Ağdamda məşhur Çörək Muzeyi darmadağın edilib, Cümə məscidi tövləyə çevrilib. Bu torpaqların əzəli Azərbaycan əhalisi barədə izlərin silinməsi məqsədilə, işğalçılar tərəfindən Ağdam şəhəri adının da belə dəyişdirilməsi Ermənistanın güddüyü məqsədlərini açıq-aşkar nümayiş etdirir.
1993-cü ilin aprelində Kəlbəcərin işğalı ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822 saylı qətnamədə işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdən çıxarılması üzrə təxirəsalınmaz tədbirlər barədə cədvəlin hazırlanması tapşırılıb. Lakin ATƏM-in (hazırda ATƏT) Minsk Konfransının sədri Mario Raffaellinin 27 iyul 1993-cü il tarixli hesabatında qeyd olunduğu kimi, 22-23 iyul 1993-cü il tarixlərində ATƏM-in Minsk Konfransı 9 iştirakçı ölkəsinin bu məqsədlə Romada keçirdiyi iclas zamanı ermənilər, əvvəlcədən Ağdamı işğal etmək niyyətində olmadıqlarını vəd etsələr də, bu addımı atdılar.
Ağdamın işğalı ilə bağlı dünya ictimaiyyəti yekdil mövqe ifadə etdi. ATƏM-in Minsk qrupunun 9 ölkəsi adından bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etmişdir”. 29 iyul 1993-cü il tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul edib. Orada da “işğalçı qüvvələrin Ağdam rayonu və digər yenicə işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edildi. Lakin Ermənistan tərəfi buna da tabe olmaqdan yayındı.
Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsinin hələ o mərhələdə nizama salınmasına dair siyasi fürsətlərdən istifadə etməyə, buna dair yekdilliklə qəbul edilmiş BMT qərarlarının yerinə yetirilməsinə imkan verilməyib və yeni-yeni Azərbaycan ərazilərinin işğalı nəticəsində hazırkı ağır vəziyyət yaradılıb. M.Raffaellinin hesabatında bildirildiyi kimi, “güc yolu ilə işğal olunmuş ərazilərdən qoşunların dərhal çıxarılması sülh danışıqlarının irəli aparılması üçün ən mühüm amildir”. Ermənistan tərəfinin tutduğu qeyri-konstruktiv mövqe sayəsində həmin başlıca şərtə əməl olunmaması münaqişənin bu günədək nizama salınmamış qalmasının əsas səbəbi olaraq qalır.
İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllərini davam etdirir.
Ümumiyyətlə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların Ermənistan silahlı qüvvələri tərəfindən işğalı, işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir.
Ermənistan nəhayət başa düşməlidir ki, Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verə bilməz və işğala əsaslanan status-kvo Ermənistanın özünü təcridinin və bugünkü sistematik sosial-iqtisadi və demoqrafik böhranının əsas səbəblərindəndir. Azərbaycan ərazilərinin işğalına son qoyulması və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması hərtərəfli regional əməkdaşlıq üçün imkanlar aça və davamlı sülhün təmin olunmasına töhfə verə bilər.
Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi, Ağdam, habelə ölkənin digər işğal olunmuş rayonlarından olan məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaq kimi hüquqlarının təmin edilməsi və ümumilikdə münaqişənin ağır fəsadlarının aradan qaldırılması beynəlxalq ictimaiyyətinin öhdəliyi olmaqla yanaşı, BMT Nizamnaməsində təsbit edildiyi kimi Azərbaycan dövlətinin şəksiz ayrılmaz hüququdur.
Azərbaycan tərəfi münaqişənin tezliklə həlli istiqamətində beynəlxalq səylərinin artırılmasını dəstəkləyərək beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini və vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək hüququnu özündə saxlayır”.
06-02-2019 10:49 ABŞ-ın xaotik Yaxın Şərq siyasəti - ANALİZ
21-01-2019 16:25 Pompeo: Yaxın Şərqdən gedən deyilik
19-12-2018 11:35 ABŞ-ın Rusiya ilə bağlı sazişdən çıxması Avropaya nə vəd edir? VİDEO
05-12-2018 14:30 XİN Rusiyaya etiraz etdi
28-10-2018 12:45 İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstanın XİN başçılarının görüşü keç
19-08-2018 13:56 Tramp Suriyadakı məğlubiyyətin əvəzini Yaxın Şərq ölkələrinə yüklədi
- 15-02-2019 16:30 Əmanətlərlə bağlı qanun layihəsi Milli Məclisə çıxarılır
- 15-02-2019 16:25 Avropa İttifaqının rəsmiləri Bakıya gəlir
- 15-02-2019 11:44 AİP qanlı terror aktını kəskin pislədi
- 14-02-2019 10:09 İtaliya vətəndaşı Azərbaycan xalqından üzr istəyib
- 13-02-2019 14:59 İsgəndər Həmidov Qarabağ Komitəsindən getdi
- 13-02-2019 08:50 Prezident: Aprel döyüşləri Ermənistanın yaratdığı mifi darmadağın etdi
- 12-02-2019 19:25 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
- 12-02-2019 14:32 AİP Səudiyyədə 6 yaşlı körpənin başının kəsilməsinə etiraz etdi
- 12-02-2019 14:27 AXH təmsilçiləri Avropa İttifaqının səfiri ilə görüşdü
- 12-02-2019 14:06 Parlament bələdiyyələrlə bağlı illik məruzəni qəbul edib
- 12-02-2019 09:24 14 müxalifət partiyasının rəhbərliyi xüsusi toplantı keçirib
- 12-02-2019 09:11 Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib
- 12-02-2019 08:36 İran səfirliyi Azərbaycanda İran İslam İnqilabının 40-cı il dönümünü qeyd etdi
- 10-02-2019 11:45 İlham Əliyev İran xalqını təbrik etdi
- 09-02-2019 11:55 İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirini qəbul edib
- 08-02-2019 19:51 Prezident İlham Əliyev minimum aylıq əməkhaqqını artırdı
- 08-02-2019 14:52 Gürcüstanda azərbaycanlıların aksiyası başlayıb
- 08-02-2019 12:36 İran səfiri: İki ölkə arasında ayrılıq salmaq istəyənlər var
- 08-02-2019 11:22 Xəzər məsələləri üzrə ilk iclasinin tarixi məlum olub
- 08-02-2019 09:32 Vətəndaş qəbulunda nöqsan edən qurumlar - SİYAHI
- 07-02-2019 11:40 İşğal olunmuş torpaqlarımızda qondarma rejimlər futbol çempionatı keçirəcək
- 07-02-2019 10:12 Azərbaycan XİN ukraynalı telejurnalistin adını "qara siyahı"dan çıxarıb
- 06-02-2019 15:33 KTMT: Qarabağda gərginlik azalıb
- 05-02-2019 22:31 Prezident İlham Əliyev Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillə görüşüb
- 05-02-2019 17:17 Gürcüstan parlamentində Qarabağ separatçısına büstün qoyulmasına etiraz edilib